Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zerzevan qalasında 1800 illik cərrahi alətlər tapılıb
Zerzevan qalasında 1800 illik cərrahi alətlər tapılıb

Diyarbakırın Çınar rayonundakı Zerzevan qalasında aparılan qazıntılar zamanı Mitra dininin yeraltı məbədinin yaxınlığından 1800 illik cərrahi alətlər tapılıb.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Dəmirölçek mahalı yaxınlığında, mahaldan 13 kilometr uzaqlıqda yerləşən və Roma İmperatorluğu dövründə "hərbi yaşayış məntəqəsi" olaraq istifadə edilən Zerzevan qalası şəhərin əhəmiyyətli turizm dəyərlərindəndir.

Dünyanın son Mitra məbədinin üzə çıxarıldığı hərbi qəsəbədəki qala tarixə işıq salmağa davam edir. 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyi, Valilik, Diyarbakır Muzeyi, Çınar İlçe Qubernatorluğu və Diclə Universitetinin təqdimatı ilə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş tarixi qalada qazıntılar davam edir.

Bu günə qədər 60 dekar ərazidə hündürlüyü 12-15 metr, uzunluğu 1200 metr olan şəhər divarları xarabalıqları, 21 metr hündürlüyündə müşahidə və müdafiə qülləsi, kilsə, inzibati bina, yaşayış məskənləri, taxıl və silah anbarları, qaya qəbirləri, su kanalları var. Bundan əlavə 54 su anbarı, yeraltı bir kilsə, 400 nəfərlik yeraltı sığınacaq, gizli keçidlər, eramızın 4-cü əsrində xristianlığın qəbulu ilə əhəmiyyətini itirən dövrün Mitra dininə aid yeraltı məbədi və bir çox digər artefaktlar aşkar edilmişdir.

Jandarm qrupları tərəfindən daimi mühafizə olunan qalada bu il başlayan qazıntılar zamanı keçən ay 1900 illik Mitra Məbədinin monumental alətləri əldə edilib. Bu bölgədə iş aparan ekspert qrupu 1800 illik iki cərrahi alət tapıb.

“Bu alətlər müqəddəs ərazidən çıxarılıb”

Qazıntı Başçısı Dos. Dr. Aytaç Coşkun jurnalistlərə verdiyi açıqlamada qalada 2014-cü ildə başlayan qazıntıları ilin 12 ayında davam etdirdiklərini bildirib.

Bu il Zerzevan qalasında mühüm tapıntılara rast gəldiklərini ifadə edən Coşkun: "Tapıntıların ən mühümü yeni tapılan cərrahi alətlərdir. Bu alətlərin tapıldığı yer Roma qarnizonu və hərbi yaşayış məntəqəsi hesab edilir. Legiondan (Roma ordusundakı əsgərlərə verilən ad) burada 1200 əsgər yaşayıb. Peşəkar həkimlərin əsgərlərə xidmət etdiyini göstərən əşyalar tapılıb.

Çox güman ki, burada çoxlu əməliyyatlar aparılır. Yaralanmalar həm müharibə zamanı, həm də təlim zamanı baş verə bilir. Ona görə də, burada böyük əməliyyat otağının olması buna sübutdur. Əməliyyat otağına aid olan bu alətlər ziyarətgahdan tapılıb. Bunlar kiçikdir və təxminən 12 santimetr olan alətlərdir.

Görünür ki, bu alətlərin hər iki tərəfi istifadə üçün yayarlı olub. Zamanla yarışdıqları üçün cərrahi alətlər ümumiyyətlə iki tərəfli hazırlanıb. Bir tərəfi pirsinq, digər tərəfi isə dərini qaldırıb kəsmək üçün istifadə olunub. Bu alətlərdən istifadə etməklə mühüm əməliyyatlar aparılır”, - deyə qeyd edib.

Coşqun cərrahiyyə alətlərinin tuncdan hazırlandığını və çox iti olduqlarını bildirib.

“Tezliklə muzey layihəsinə başlamağı planlaşdırırıq”

Ərazidə işlərin davam edəcəyini bildirən Coşkun: “Bu əməliyyatların aparıldığı xəstəxana mütləq bəlli olacaq. Bu ilki işdə iki cihaz tapdıq. Hərbi məskənlərdə hərbi xəsarətlər olduğu üçün qazıntılar davam etdikcə bu cür alətlər də çox ola bilər.

Qalada minlərlə artefakt üzə çıxarılıb, tapdığımız cərrahi alətlərin 1800 yaşı olduğunu düşünürük. Məqsədimiz müalicə və cərrahiyyə əməliyyatlarının aparıldığı yeri aşkara çıxarmaqdır. Biz həmçinin 3000 il əvvələ aid bir çox artefakt tapmışıq. Tezliklə minlərlə əsərin nümayiş olunacağı muzey layihəsinə start verməyi planlaşdırırıq. Əsərlər qalanın girişində tikiləcək  muzeydə sərgilənəcək”, - deyə bildirib.

Coşkun, bu il 400 min adamın ziyarət etdiyi qalada gələn il ən az 1 milyon ziyarətçi qəbul etmək üçün çalışdıqlarını da qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »