Baş nazir Ünal Üstel ötən gün İstanbulda prezident Ersin Tatar, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və vitse-prezident Cevdet Yılmaz ilə keçirdiyi görüşü dəyərləndirib.
Bizimyol.info xəbər verir ki, Baş nairdeyib ki, görüşlə bağlı müraciətimiz əsasında Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğa və Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla dəvəti ilə İstanbulda prezidentimiz cənab Ersin Tatarın iştirakı ilə işgüzar görüş keçirdik.
Üstel: "Hökumət başçısı olaraq Kipr problemi ilə bağlı inkişaflar, o cümlədən enerji, səhiyyə, nəqliyyat və təhsil sahələrində yeni investisiyalar qoyulduğu görüşdə öz fikirlərimi ifadə etmək imkanım oldu. Hökumət olaraq, Şimali Kipr Türk Cümhuriyyətində icra etdikləri investisiyalar müzakirə edildi", - deyə bildirib.
Baş nazir Üstel, görüşdə iki dövlətli həll modelində qətiyyətli mövqeyi bir daha vurğulamaq fürsəti tapdıqlarını qeyd edib, o, görüşlər zamanı Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın davam edən Kipr siyasətinə verdiyi dəstəyin bir daha təsdiqləndiyini vurğulayıb.
Baş nazir Üstel açıqlamasını belə davam edərək: “Digər tərəfdən, Türkiyə Respublikasından kabel vasitəsilə gələn elektrik enerjisi kimi digər sahələrə də qoyulacaq investisiyaların tamamlanmasında Türkiyə Respublikası hökumətinin tam və səmimi dəstəyini görmək istərdik. ŞKTC-nin inkişafı üçün lazımlı sayılan səhiyyə, turizm, təhsil və nəqliyyatı ən qısa zamanda bir-birinə bağlı sistemə çevirmək üçün böyük xoşbəxtlik hiss edirəm. 2024-cü ildə bizi xüsusilə enerji sahəsində əhəmiyyətli investisiyalar gözləyir. Aprel və ya may aylarında elektrik enerjisinin kabellə gətirilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmaları tamamlandıqdan sonra başlanacaq əsrin ikinci ən əhəmiyyətli layihəsi ilə ŞKTC-nin enerji gələcəyini təmin etmək son dərəcə vacibdir.
Çox müsbət atmosferdə və nəticəyönümlü keçən görüşlərdən sonra biz 2024-cü ilin daha yaxşı il olacağı ümidi ilə İstanbuldan ölkəmizə qayıtdıq.
Fürsətdən istifadə edərək Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana və vitse-prezident cənab Cevdet Yılmaza göstərdikləri qonaqpərvərliyə və yaxından diqqətə görə səmimi təşəkkürümü bildirirəm”, - deyib.
Qadir, Bizimyol.info






