Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Fırtına öncəsi səssizlik"... Türkiyədə baş verən ardıcıl zəlzələlər "Mərmərə zəlzələsi"nə "fraqment" sayılır
"Fırtına öncəsi səssizlik"... Türkiyədə baş verən ardıcıl zəlzələlər "Mərmərə zəlzələsi"nə "fraqment" sayılır

Son günlər Türkiyədə ard-arda zəlzələlər baş verir. Gümüşhanedə 4,1 və Ərzincanda 3,7 bal gücündə zəlzələ baş verib. Bu zəlzələlər nəyin xəbərçisidir?

Türkiyəli zəlzələ mütəxəsisi Süleyman Pampalın fikrincə, Ərzincanla Karlıova arasındakı Yedisu fay xətti qırılmaq üzrədir. O, bildirib ki, əgər bu fay xətti qırılarsa, bu zaman Gümüşhane, Zonguldak, Trabzon və Rize təsirlənəcək. Eyni zamanda uzun illərdir ki, Mərmərə zəlzələsindən söhbət açılır.

Bir çox mütəxəssislər iddia edir ki, İstanbul və ətrafında zəlzələ olarsa, İstanbul məhv olar. Bu ilin fevral ayında Qəhrəmanmaraşda baş verən zəlzələ zamanı 50 mindən çox insanın ölümü, İstanbul zəlzələsinə qarşı olan qorxuları bir qədər də gücləndirir. Bu da insan psixologiyasına öz təsirini göstərir.

Ümumiyyətlə, zəlzələlərin tarixinə nəzər salanda əksər zəlzələlərin gecə saatlarında baş verdiyinin şahidi oluruq.

  • Bəs zəlzələlər niyə gecə baş verir?

1999-cu avqustun 17-də Gölcükdə baş verən zəlzələ də gecə saatlarında, insanlar yatarkən baş verib. Mütəxəssislərin fikrincə, yerin gecə hissəsi Günəşin cazibə qüvvəsi səbəbindən böyük təzyiq altında olarkən, gündüz hissəsi rahatlaşır. Bu səbəbdən zəlzələlərin ümumiyyətlə gecə saatlarında baş verdiyi və həddindən artıq təzyiqə və qırılmaya tab gətirə bilməyəcəyi təxmin edilir. Fiziklər həmçinin Günəş və Ay tutulmaları zamanı cazibə qüvvəsinin artdığı üçün zəlzələlərin mümkün olduğunu bildirirlər.

Zəlzələlər yer qabığındakı çatlar adlanan qırıqlarda baş verir. Qırılmalar süxurun kövrək təbiətinə görə yüksək təzyiq (gərginlik, sıxılma və ya əyilmə) altında olduğu zaman baş verir. Plitələrin tədricən hərəkəti nəticəsində yer qabığının müxtəlif nöqtələrində gərginlik yaranır.

Zəlzələləri fokus dərinliyinə görə təsnif etmək olar. Bu təsnifat tektonik zəlzələlərə aiddir. 0-60 km dərinlikdə baş verən zəlzələlərə dayaz zəlzələlər deyilir. Yerin 70-300 km dərinliyində baş verən zəlzələlər orta dərinlikdə olan zəlzələlərdir. Dərin zəlzələlər yerin 300 km-dən çox dərinliyində baş verir.

Azərbaycanda da son zamanlar daha güclü zəlzələr baş verir. Nəzərə almaq lazımdır ki, bizim ölkədə dağıdıcı zəlzələlər daha çox Şamaxı və Gəncə ərazilərində qeydə alınıb. Bakıda baş verən zəlzələrdə isə, dağıntılar qeydə alınmayıb.

Müəllif: Ümid edək ki, ölkəmizdə dağıdıcı zəlzələ olmaz... Çünki Bakıda istismar müddət bitmiş və hətta, tikinti zamanı tikinti ləvazimatlarına “qənaət edilmiş” binalar var.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »