Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Respublikasının (ŞKTC) siyasi həll üçün səy göstərdiklərini, eyni zamanda ŞKTC vətəndaşlarının iqtisadi rifahını yüksəltməyə çalışdıqlarını bildirdi.
Bizimyol.info xəbər verir ki, Yılmaz "TRT Haber"in canlı yayımında gündəmlə bağlı qiymətləndirmələr edib və sualları cavablandırıb.
Yılmaz efirdə: “Bir tərəfdən dövlət sərmayələri, digər tərəfdən özəl sektor investisiyaları ilə birlikdə Şimali Kipri bugünkündən çox daha yaxşı səviyyəyə çıxaracağıq. Bizim taleyimiz birdir”, - deyə qeyd edib.
Vitse-prezident Yılmaz qeyd edib ki, Türkiyədə inflyasiya hadisələri yaxşılaşdıqca onun Şimali Kiprdəki əksləri çox tez görünəcək.
Qadir, Bizimyol.info






