Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar Türkiyə, Azərbaycan və Özbəkistandan olan elm və iş qadınlarını qəbul edib.
Bizimyol.info xəbər verir ki, Prezident Tatar ziyafətdəki çıxışında türk dövlətlərinin daha da yaxınlaşdığını və bir çox məsələlərdə birgə işləməyə başladığını bildirib.
ŞKTC-nin Prezidenti Ersin Tatar Türk dövlətlərinin birlikdə daha güclü olacağına diqqət çəkdi: “Əsrlər boyu bizi bir-birimizdən ayırdılar, amma biz dilimizi, dinimizi, mədəniyyətimizi qoruyub saxladıq. Qadınlarımız yaxınlaşma və əməkdaşlıq istiqamətində addımlar atma prosesini sürətləndirir”, - deyə o qeyd edib.
Qəbulda çıxış edən iştirakçılar türk dövlətlərinin yaxınlaşmasının vacibliyinə işarə edərək: “Biz birik, bir yerdəyik və eyni millətin övladlarıyıq”, - deyə bildiriblər.
Qadir, Bizimyol.info






