Hücuma məruz qalan hakim Halil Umut Meler xəstəxanadan evə buraxılıb.
Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, döyülərək xəsarət almış hakim ailəsinin yanına gedəcək.
"Ankaragücü" - "Çaykur Rizəspor" matçından sonra Faruk Kocanın hücumuna məruz qalan hakim Halil Umut Meler xəstəxanadan çıxaraq İzmirə - 11 günlük övladı olan ailəsinin yanına dönəcək.
Xəstəxanadan verilən açıqlamada: "Futbol hakimini evə buraxdıq. Səhhəti və əhfalı çox yaxşıdır. Getdiyi yerdə də tibbi nəzarətdə olacaq. Gözündəki şişlikdən başqa heç bir problemi yoxdur. İdmançı olduqları üçün hər bir idmançının disk yırtığı olur. Zərbə nəticəsində boyun düzləşməsi baş verib. Ehtiyat tədbiri olaraq boyun qoruyucusu taxdıq. Qısa zamanda sağalacaq, bu kiçik bir çat idi. Heç bir qanaxma yoxdur",-deyə qeyd edilib.
Qeyd edək ki, Türkiyə Superliqada keçirilən "Ankaragücü" - "Çaykur Rizespor" matçının sonunda hakim Halil Umut Melerə hücum edən "Ankaragücü" klubunun keçmiş prezidenti Faruk Kocanın da aralarında olduğu 3 nəfər artıq həbs edilib.
Hücum edənlərin hansı cinayətə görə mühakimə olunacağı prokurorun ittiham aktı ilə müəyyən ediləcək. Vəkillərin dediyinə görə, matçın hakimləri dövlət məmurları hesab olunur, ona görə də bu xarakterli ittiham irəli sürülməsi mümkündür. Bu prosesdə hakim Melerin məhkəmə-tibbi ekspertiza hesabatı da əhəmiyyət daşımış olacaq. Hücum edənlərin Türkiyə Cəza Məcəlləsinin qəsdən yaralama maddəsinə əsasən 1,5 ildən 4,5 ilə qədər həbs cəzası ilə mühakimə olunacağı gözlənilir.
Qadir, Bizimyol.info






