"Kriptovalyuta onlayn ödəniş sistemi kimi gələcəkdə bu nəğd pul məsələsini dövriyədən çıxarılmalıdır. Yəni bu, strateji baxımından belə olmalıdır. Kriptovalyuta mövcudluğunun, dövriyyəsinin strateji məqsədi və hədəfi bundan ibarətdir. Amma nağd və ya qeyri-nağd pul dövriyyəsinin gələcəkdə kriptovalyuta ilə əvəz olunacağına hələ uzun müddət var. Bu arada kriptovalyutalar və onun növlərinin yatırım vasitəsinə çevrilməyə meyl etməsi, daha doğrusu buna çalışanların fəaliyyəti müəyyən maxinasiyaların və mənfi amillərin maliyyə bazarı və mülkü amillərin meydana çıxması üçün şərait yaradır. Ümumilikdə, söhbət qlobal miqyasdan gedir".
Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Pərviz Heydərov danışıb. İqtisadçı qeyd edib ki, ayrı-ayrı büdcələr üçün də bunu qeyd etmək lazımdır. Onun fikrincə, müəyyən aspektlər baxımından kriptovalyutalar təhlükə xarakteri daşıyır. Ona görə də ABŞ-ın ən böyük bankı JP Morgan bankının rəhbəri Ceymes Damianın “mənim salahiyyətimdə olsa kriptovalyutaları hər yerdən qadağan edərdim”, fikrində müəyyən həqiqət var.
Pərviz Heydərov“Qlobal iqtisadiyyatda yaşıl enerjiyə keçid, yəni ənənəvi enerji daşıyıcılarından istifadənin getdikcə məhdudlaşdırılması istiqamətində, həm ayrı-ayrı ölkələr səviyyəsində, həm də qlobal miqyasda böyük bir siyasət həyata keçirilir. Hətta konkret bir müddət də ortaya qoyulub ki, 2050-ci ilə qədər ənənəvi enerji daşıyıcılarından istifadəyə, istehlaka son qoyulacaq. Bunlar özü də absurd xarakter daşıyır. Çünki mövcud vəziyyət, ümumiyyətlə dünya iqtisadiyatında texnoloji inkişaf səviyyəsi və digər parametrlər yaxın müddətdə ənənəvi enerji daşıyıcılarından istifadənin və bu məhsulların istehlakının tezliklə aradan qalxacağını proqnoz etməyə imkan vermir. Yəni nə qədər günəş enerjisindən istifadə etməyə çalışsalar da, bu istiqamətdə naliyyətlərə imza atılsa da, külək enerjisinə və digər bərpa olunan enerji vasitələrinə üstünlük verilməsi və bu sahədə böyük naliyyətlər əldə olunması kifayət etmir. Hələ də tam olaraq iddia etmək mümkün deyil ki, yaxın müddətdə ənənəvi enerji daşıyıcılarından yəni nefdən, neft məhsullarından və digərlərindən istifadəyə son qoyulacaq”-deyə iqtisadçı qeyd edib. O, bildirib ki, ənənəvi enerji daşıyıcılarının xammalı, yəni bu sahədə xammal, neftin qiyməti, qazın qiyməti hələ də dünya iqtisadiyatı üçün və ayrı-ayrı ölkələrin iqtisadi vəziyyəti üçün əvvəlki kimi parametr rolunu oynayur və oynamaqda da hələ bir müddət də davam edəcək.
Pərviz Heydərovun fikrincə, xam neft ilə qazın qiymətindən asılı olaraq, qlobal iqtisadiyyatda inflyasiya, bahalaşma prosesləri müəyyən olunur, bu sahədə vəziyyət tənzimlənir. Xam neftin qiymətindən hələ çox şeylər asılı hesab olunur.
“Nə qədər bu strateji məhsullar var, onların qiyməti dünya iqtisadiyyatında aparıcı təsir imkanlarına malikdir. Bu isə, o deməkdir ki, bir o qədər müddət ərzində də nağd pul dövriyyəsi mövcud olaraq qalacaq. Bura nağd, qeyri-nağd pul dövriyyəsi daxildir. Heç bir elektron vasitə istifadə olunan pul nişanlarının əvəz edə bilməyəcək. İnvestorların da kriptovalyutalara sərmayə xərcləməsi qeyri-məntiqi xarakter daşıyır. Kriptovalyutalara nə qədər çox investisiyalar yatırılsa da, bu addımı atan investorlar üçün nə vaxtsa böyük xilas yoluna çevriləcəyi absurd xarakteri daşıyır”- deyən iqtisadçı hesab edir ki, kriptovalyutalara belə irihəcmli pul yatırılması qlobal iqtisadiyatın gələcək perspektivi üçün inkişafına böyük zərər verə bilər.
Pərviz Heydərovun fikrincə, kriptovalyutaya yatırım elə bir nəticəyə gəlib çıxara bilər ki, qlobal iqtisadiyatın maliyyə sistemini və maliyyə bazarını, eyni zamanda maliyyə dayaqlarını kəskin şəkildə zədələyər. Bununla da, ümumən bəşəriyyət böyük zərər görə bilər.
“Hələ ki, investorlar üçün ən böyük yatırım yenə də əvvəlki kimi qızıldır. Dünyanın aparıcı valyutaları, strateji xarakter daşıyan enerji daşıyıcıları üçün mühüm əhəmiyyət kəsb edən xammal budur və bu, hələ uzun müddət də belə davam edəcək”-deyə iqtisadçı vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






