Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə futbol oyunundan sonra hakimi döyən klub rəhbəri həbs olunub
Türkiyədə futbol oyunundan sonra hakimi döyən klub rəhbəri həbs olunub

Türkiyədə keçirilən MKE (Maşınqayırma və Kimya Sənayesi) Ankaragücü ilə Çaykur Rizəspor futbol oyunundan sonra hakim Halil Umut Melərə yumruq zərbəsi vuran klub rəhbəri Faruk Koca həbs olunub.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə hadisə ilə bağlı 6 nəfər həbs edilib.

Qeyd eddək ki, Superliqanın 15-ci həftəsində MKE Ankaragücü ilə Çaykur Rizəspor komandaları arasında oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qarşılaşmadan sonra meydana girən MKE Ankaragücü prezidenti Faruk Koca matçın baş hakimi Halil Umut Melərə hücum edərək onu yumruqla vurub. Hadisədən sonra xəstəxanaya yerləşdirilən Halil Umut Meler müayinələrdən sonra Ankara Polis İdman Təhlükəsizlik Şöbəsi əməkdaşlarına ifadə verib. Görüntülərə baxdığı deyilən Meler ifadə verərək ona qarşı hücumda iştirak edən hər kəsdən şikayətçi olub. Melere hücum edən K.Ç və Ş. Y. Ş adlı şəxslər Ankara Qərb Respublika Prokurorluğunun təlimatı ilə dəhal saxlanılıb.

Hadisədən sonra MKE Ankaragücü Başçısı Faruk Koca da xəstəxanaya aparılıb. Kardiologiya mütəxəssisi Prof. Dr. Ərdoğan İlkay Kocanın səhətti ilə bağlı vəziyyəti bölüşərkən: “Daha əvvəl sağ koronar arteriyasına stent qoyduğumuz xəstəmiz qan təzyiqi 190-100, döş qəfəsində təzyiqlə xəstəxanaya gətirilib. EKQ dəyişiklikləri nəticəsində yaranan bir vəziyyətdir. Hazırda qan təzyiqi tədricən 150-yə endirilib. Döş qəfəsi ağrıları üçün dərman qəbul etməyə başlandı. İlkin fermentlər normaldır. 2-ci və 3-cü fermentlərin nəticələrindən asılı olaraq angioqrafiyanın olub-olmamasına qərar verəcəyik. O, 24 saat müşahidə altında saxlanılacaq. Hazırda ümumi sağlamlıq vəziyyəti yaxşıdır”- deyə o bildirib.

Aralarında Ankaragücü Başçısı Faruk Kocanın da olduğu 6 nəfər hakim Halil Umut Melərə edilən hücumla əlaqədar sağlamlıq idarəsindən sonra ədliyyəyə sövq edilib. Xəstəxanadan çıxarılan Faruk Koca Ankaradakı Qərb Ədliyyəsinə gətirilib və digər hadisə iştirakçıları da onunla birlikdə prokuror tərəfindən dinləniləcək.

CNN TÜRK: “Saxlanılanların sayı 6-ya yüksəlib. Prokurorluqdan verilən açıqlamada ictimai vəzifəyə görə xəsarət yetirmə maddəsi ilə istintaq başladıldığı bildirilib. Onların prokurorluğa verdiyi ifadələrdən sonra onların Ədalət məhkəməsi qarşısına çıxarılıb-çıxmayacağına aydınlıq gələcək. Faruk Kocanın huşunu itirdiyi və xəstəxanada müşahidə altında saxlanıldığı bildirilir. Ədliyyəyə sövq edilənlərdən ikisinin klub menecerləri olduğu barədə məlumat var”, - deyə məlumat verib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »