Prezident Tatar, Kiprdə "federal birləşməyə yönəlmiş diplomatiya dövrü ilə məsələni gözdən qaçırdığını" söylədiyi AB-nin adada iki dövlətli həll yolunu "qəbul etməli" olduğunu vurğuladı.
Bizimyol.info xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar ABŞ-ın "Politico" telekanalına danışıb.
Avropa Birliyinin (AB) "eyni şeyi etməyə davam etdiyini və nəticədə heç nəyin dəyişmədiyini" ifadə edən Tatar: "Federal uzlaşma planları 50 ildir müzakirə olunub və heç bir şeyə nail olunmayıb. Birləşmiş Millətlər (BMT) bunu bilir, avropalılar bunu bilir və altı aydan bir eyni şeyi gündəmə gətirirlər; Kiprdə federal əsasda barışığı müzakirə etmək üçün masa arxasına oturmaq lazımdır", - deyə Prezidet bildirib.
Tatar: "Bizə bu qədər hörmətsizlik edərək, irəliyə doğru yeganə yolun federal kompromis olduğunu israr etməyə necə davam edə bilərsiniz? Onlar - AB ortada bir daha olmalıdırlar", - deyə bildirib.
AB və BMT-nin bununla bağlı bəyanatlarının “tərəfsizliyinə kölgə saldığını” qeyd edən Tatar: “Biz onlardan daha tərəfsiz olmalarını gözləyirik, amma belə deyillər və bu bizi kədərləndirir”, - deyə qeyd edib.
Tatar: “Biz burada (Kiprdə) yaşayırıq, problemi bilirik, bir-birimizlə qarşı-qarşıyayıq və istənilən gələcək həllin ədalətli, işlək, eləcə də, davamlı olmasını istəyirik. Ona görə də yolu açmaq və irəliyə doğru yol açmaq bizim üzərimizdədir”, - deyə vurğulayıb.
"Vətənimiz" adlandırdığı Türkiyəni tərk edə bilməyəcəklərini vurğulayan Tatar, ŞKTC-nin yalnız Türkiyənin hərbi varlığı ilə özünü "təhlükəsiz hiss etdiyini" ifadə edərək: "Mən yalnız Türkiyəyə güvənirəm", - deyə o, verdiyi açıqlamada qeyd edib.
Qadir, Bizimyol.info






