Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanının Afinada jurnalistlə qısa dialoqu - Video
Ərdoğanının Afinada jurnalistlə qısa dialoqu  - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 6 ildən sonra rəsmi səfər üçün getdiyi Yunanıstanın paytaxtı Afinada təmaslarına başlayıb.

Bizimyol.info xəbər verir ki, Afina Elefterios Venizelos hava limanına endikdən sonra Yunanıstan Prezidenti Katerina Sakellaropulou tərəfindən qarşılanan Ərdoğan Yunanıstan Prezident Sarayına gedib.

Görüşdən sonra qonaqlar kitabını imzalayan Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşəcəyi Yunanıstan Prezidentliyindən Maksimos Sarayına piyada getdi.

Prezident Ərdoğan Prezident sarayından çıxarkən küçədə onu izləyən jurnalistlər arasından Yunanıstanın SKAI kanalının İstanbul müxbiri Manolis Kostidis ilə qarşılaşıb və müxbirlə qısa müddət söhbət edib.

Yunan müxbir prezident Ərdoğana “xoş gəldiniz” deyib, prezident Ərdoğan “xoş gördük” deyərək ona cavab verib və müxbirin vəziyyətini soruşub.

Ərdoğan Kostidisə gülümsəyərək “İnşallah yaxşı xəbər hazırlayacaqsan” deyib. Kostidis da: “Bacardığımız qədər”, - deyərək ona cavab verib.

Qısa dialoq Yunan mətbuatında diqqət çəkərkən, görüntüləri şərh edən yunan müxbir prezident Ərdoğanla dəfələrlə müxtəlif vəsilələrlə görüşdüyünü və son olaraq Kathimerini qəzetinə müsahibə üçün bir araya gəldiklərini bildirib.

Prezident Ərdoğanın 6 ildən sonra etdiyi səfər Afinada böyük həyəcana səbəb olub. Yunan qəzetləri və televiziya kanalları səfərin hər dəqiqəsini canlı olaraq izləyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »