Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mete Atatüredən daha bir tarixi kəşf: Maqnitlərin ikidən çox qütbü ola bilər!
Mete Atatüredən daha bir tarixi kəşf: Maqnitlərin ikidən çox qütbü ola bilər!

Kembric Universitetinin Fizika kafedrasının müdiri, türkiyəli alim Mete Atatüre və komandası maqnitlərin yalnız iki qütbünün olmaya biləcəyi iləbağlı kəşf edib.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, yenilik təsdiqlənərsə, bu daha yaşıl və daha sürətli informasiya texnologiyalarına yol aça bilər.

Alimlər illərdir ki, informasiya texnologiyalarını daha yaşıl və səmərəli etmək, eləcə də, daha yüksək tutumlu keçirici materiallar istehsal etmək üçün çalışırlar. Xüsusilə maqnetizm məsələsi bu müzakirələrdə önə çıxan sahələrdən biridir. Bu sahədə çalışan adlardan biri də türk alimi Mete Atatürədir.

2020-ci ildə "Thomas Young Medalı"nı da qazanan Atatüre, Cavendish Laboratoriyası kimi tanınan Kembric Universitetinin fizika kafedrasının müdiridir. Atatüre kvant fizikası sahəsindəki işləri ilə tanınır.

Eramızdan əvvəl 600-cü illərdə bu gün Aydın-Germencik yaxınlığında olmasına baxmayaraq adı Manisaya verilən Maqnesiyada maqnit filizləri var idi. Maqnitçilik kimi bir şeyin olduğu və bəzi daşların bəzi metallara yapışa bildiyi ilk dəfə o zaman aşkar edilmişdir. Daha sonra maqnit üzərində aparılan araşdırmalarda maqnitlərin iki qütblü olduğu ortaya çıxıb. Maqnitin kəşfindən təxminən 2700 il sonra Anadoludan olan Mete Atatüre maqnitlərin mütləq bipolyar olmaya biləcəyi ilə bağlı iddianı ortaya qoyub.

Maqnitlərin bir ucu (+) yüklə, digər ucu isə (-) yüklə yüklənir. Əgər maqniti tutub yarıya bölsəniz, bir tərəfi müsbət, digər tərəfi mənfi olmayacaq, sadəcə, əlinizdə iki maqnit olacaq və bu maqnitlərin də bir ucu (+) digər ucu ( -) olacaq. İndiyə qədər bu vəziyyətin yeganə alternativi hissəciklər fizikasında maqnit monopolyarlığı adlanan hipotetik elementar hissəcik idi.

Atatür və komandası qırmızı pas kimi bildiyimiz Fe2O3-ün əmələ gəlməsi zamanı ortaya çıxan topoloji strukturlar üzərində apardıqları araşdırmalarda enerjinin bir istiqamətdə, iki istiqamətdə və ya dörd istiqamətdə paylanmasının mümkün olduğunu ortaya qoyaraq, maqnit monopollarını kəşf etməyə müvəffəq olublar.

Atatüre: "Əgər monopollar varsa və biz onları təcrid etməyi bacarsaq, bu tapmacanın itdiyi düşünülən parçasını tapmaq kimi bir şey olar. Bu təcrid olunmuş monopollar sabit deyil, onlar daim hərəkət edirlər", - deyib.

Atatüre və komandası, bu pas toxumalarının fırlanmalarının morin çevrilmə temperaturu olan 260 K (-13,15 C) temperaturda yenidən təşkil edildiyini bildirib, bu nöqtədə qırmızı pasın əmələ gətirdiyi hermatit strukturlarının maqnitlənməni maneə törətmə xüsusiyyətlərindən müxtəlif maqnitləşmələr yaratmaq üçün istifadə edilə biləcəyini ortaya qoyub.

Bu vəziyyətdə baş verən kiçik dəyişikliklər, xüsusilə fırlanan strukturlarda kiçik ciblər yaradır. Bu ciblər həm də çoxlu enerji buraxılmasını və daha sürətli ötürməni təmin edir.

"Biz göstəririk ki, hematitin maqnit yükləri vasitəsilə "AFM" topoloji teksturalarını aşkar etmək, manipulyasiya etmək və funksionallaşdırmaq üçün yeni, tamamlayıcı yollar aça bilən qarşılıqlı təsir edən maqnit yük paylamalarının zəngin teksturasını dəstəkləyir", - dedi tədqiqatçılar qeyd edib.

Başqa sözlə, maqnitləşmənin azaldığı "AFM" topologiyalarından istifadə etməklə maqnit yüklərindən daha səmərəli istifadə etmək mümkündür. Atatüre və komandasının bu kəşfi ilə gələcəkdə yaddaş və yaddaş baxımından yeni nəsil dizaynlara qapı açıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »