Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ersin Tatar: “Böyük millətin övladları olaraq, bir-birimizə sarılmaq, qucaqlaşmaq bizə yaraşır”
Ersin Tatar: “Böyük millətin övladları olaraq, bir-birimizə sarılmaq, qucaqlaşmaq bizə yaraşır”

Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar Bişkekə rəsmi səfərə gedib.

Bizimyol.info xəbər verir ki, tatar rəsmi münasibətlər çərçivəsində Qırğızıstan Prezidenti Sadır Caparov ilə görüşüb.

Daha sonra Ersin Tatar Qırğızıstandakı Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Bişkekdə təşkil etdiyi “Qırğızıstanda Enerji İnvestisiyaları və Əməkdaşlıq Konfransı”na fəxri qonaq kimi qatılıb və açılışda çıxış edib.

Prezident Ersin Tatar buradakı çıxışında ŞKTC-nin bu günə qədər varlıq mübarizəsinə toxunub və Kipr probleminin keçmişi və gələcəyi haqqında məlumat verib. Prezident Tatar Qırğızıstanın ata-baba yurdunda Tanrı dağının ətəklərində türk dünyasının dəyərli nümayəndələri ilə bir yerdə olmaqdan məmnunluğunu ifadə edib, bu günün tarixi bir gün olduğunu qeyd edib və səmimi qəbula görə minnətdarlığını bildirib. Prezident Ersin Tatar texnoloji inkişaflar sayəsində türk milləti arasında minlərlə kilometrlik məsafənin azaldığını: “Böyük millətin övladları olaraq bu şəkildə, ürək birliyi ilə görüşmək, həsrətimizi doyurmaq, bir-birimizə sarılmaq bizə yaraşır”, - deyərək əlaqələri daha da gücləndirməyə çağırıb.

Prezident Tatar, Kipr türk xalqı ilə qırğız xalqının mübarizələrinin, yaşadıqları qırğınların oxşar olduğuna diqqət çəkərək, bu proseslərin iki xalqı ortaq bir zəmində bir araya gətirdiyini bildirib.

Türk Dünyası dövlətləri arasında paylaşılan tarixi zənginliklərin, könül birliyinin, dəyərlərin, mənəviyyat və mədəni varlığın əhəmiyyətinə diqqət çəkən prezident Ersin Tatar deyib: “Bir ürək olduğumuz üçün uğur qazanacağıq”, - deyən prezident, tək ürəyin türk millətini gələcəyə inamlı addımlarla daşıyacaq ən böyük sərvət və güc olduğunu söylədi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »