Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlon Maskın insan beyninə çip yerləşdirəcək layihəsi üçün nə qədər pul toplanıb...
İlon Maskın insan beyninə çip yerləşdirəcək layihəsi üçün nə qədər pul toplanıb...

İlon Maskın "Neuralink" layihəsi üçün son investisiya turunda 43 milyon dollar sərmayə toplanyı.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, layihə üçün ümumilikdə 320 milyon dollardan çox vəsait toplanıb.

Son illərin ən mübahisəli adlarından biri olan Elon Maskın "Neuralink"layihəsi ilə birlikdə insanların birbaşa beyinlərinə bağlayacaqları cihaz vasitəsilə internetə daxil olmalarını təmin etməyi hədəfləyir. "Neuralink"in gələn il insanlar üzərində sınaqlarına başlayacağı gözlənilir. Təcrübələr öncəsi şirkət investisiyaları artırmağa davam edir.

Neuralink-in ümumi investisiyası 323 milyon dollar olub

Son həftələrdə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına bildirilən rəqəmlərə görə, "Neuralink" milyarder investor Peter Thielin rəhbərlik etdiyi investisiya turunda əlavə 43 milyon dollar sərmayə almağı bacarıb. Beləliklə, şirkətin ümumi investisiyası 323 milyon dollara çatıb. Əvvəllər bəzi konqres üzvləri "Neuralink" tərəfindən alınan investisiyalar haqqında ətraflı məlumat tələb edirdilər.

"Neuralink" insanların beyninə çip yerləşdirərək beyin fəaliyyətini müşahidə etmək məqsədi daşıyan cihaz hazırlayır. Keçən il FDA tərəfindən verilən icazədən sonra cihazın insanlar üzərində sınaqlarına başlamaq üçün geri sayım davam edir. İlk klinik sınaqlar 11 nəfərlə aparılmalı olsa da, bu 11 nəfər arasında olmaq üçün minlərlə insan müraciət edib.

"Neuralink"in son klinik araşdırmalarında 12 meymunun beyninə çip yerləşdirmə prosesi zamanı yaranan fəsadlar və araşdırma ilə bağlı problemlər səbəbiylə dayandırılmağa məcbur olduğu iddia edilib. Bu mövzuda müzakirələr bitməmiş investisiya turuna çıxan "Neuralink" hələ də böyük sərmayə yığmağı bacarıb.

Mask əvvəlki açıqlamasında meymunların şirkətin işinə görə ölmədiyini müdafiə etmişdi. Mask sağlam meymunları riskə atmamaq üçün artıq ölümə yaxın olan meymunları seçdiklərini bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »