Yaxın Şərqdə baş verən proseslər "X" sosial şəbəkəsini çətin vəziyyətə salıb.
Bizimyol.info xəbər verir ki, platformanın dezinformasiya mərkəzinə çevrildiyini bildirən Avropa Birliyi İlon Mask və komandasına sərt xəbərdarlıq edib.
Ötən həftə sonundan etibarən bütün dünya diqqətini Yaxın Şərqdəki hadisələrə yönəldib.İsraillə HƏMAS arasında illərdir davam edən qarşıdurmalar Həmasın həftəsonu başlatdığı hücumla tamam başqa müstəviyə keçib. Lakin bu məsələdən danışmağımıza səbəb müharibənin özü deyil.
Dünyanın ən məşhur mikrobloq platforması "X" Yaxın Şərqdə baş verənlərə görə Avropa Birliyi tərəfindən küncə sıxışdırılıb.
İsrail və HƏMAS arasındakı hadisələri anında izləyə biləcəyiniz ən yaxşı platformalardan biri, şübhəsiz ki, "X"dir. Bununla belə, platforma edilən saysız-hesabsız paylaşımlar arasında filtrasiya edə bilməyəcəyi görünür. "X"ə göndərdiyi açıq məktubda Avropa İttifaqı platformanın dezinformasiya mərkəzinə çevrildiyini bildirib. Elon Muska xəbərdarlıq edən səlahiyyətlilər, saxta xəbərlərlə bağlı təcili tədbir görülməsi barədə xəbərdarlıq etdilər.
"X" böyük cərimələrlə üzləşə bilər!
Avropa İttifaqı bir neçə ay əvvəl Rəqəmsal Bazarlar Aktını qəbul etdi. Bu qanun sosial şəbəkələrin üzərinə böyük vəzifələr qoydu. Elon Musk və komandasının baş ağrısına səbəb olan da məhz budur. "X" saxta xəbərlərlə effektiv mübarizə aparmasa, böyük sanksiyalara məruz qalacaq. Avropa Birliyi "X" ünvanına göndərdiyi məktubda gəlirin 6 faizinə qədər cərimələrin və hətta Avropa İttifaqının sərhədləri daxilində qadağaların tətbiq oluna biləcəyini açıqlayıb.
Elon Musk və komandası saxta məzmunu aşkar edə bilmədilər (yaxud da aşkar etmədilər)
Avropa İttifaqı Komissiyasının üzvü Thierry Breton, "X"ə qarşı açıq məktub üçün İlon Maskı işarələyərək açıqlama verdi. Dezinformasiyaya dair dəlilləri olduğunu deyən Bretona cavab verən İlon Mask bu kateqoriyaya aid məzmunların siyahısını istəyib. Bu sorğu cavabsız qalıb, lakin 24 saata çox az vaxt qalsa da, "X"in Avropa Birliyi ilə görüşməməsi ehtimalı nəzərdən keçirilir. Bir çox xəbər mənbələrinə görə, İlon Maskın gecikmələrə səbəb olan saxta xəbərləri aşkar edəcək bir komandası yoxdur. İndidən deyə bilərik ki, bir neçə saatdan sonra bu məsələ ilə bağlı yeni dəyişiklik olacaq...
Qadir, Bizimyol.info






