Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağda etnik təmizləmə, genosid yoxdur və bu "iddiaçılar"ın növbəti yalanlarından biridir"
"Qarabağda etnik təmizləmə, genosid yoxdur və bu "iddiaçılar"ın növbəti yalanlarından biridir"

Oktyabrın 1-də rəsmi Bakının söz verdiyi kimi, ilk dəfə (30 ildən sonra) BMT missiyası Qarabağda olub. Bu missiyadan nə gözləməliyik? Ermənistan KİV-ləri BMT -nin bu missiyasının qərəzli olduğunu iddia edir.

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ərazilərimiz işğal altında olanda dəfələrlə biz həmin o missiyanı həmin o torpaqlara ərazilərə dəvət etmişdik. Amma BMT o dövrdə heç qımıldamadı da… İndi o ərazilərimiz azad olunandan sonra ermənilərə görə, bu ərazilərə qaça-qaça gəldilər. Obyektiv araşdırmalarda görürlər ki, nə genosid var, nə etnik təmizlənmə var. Yəni bu reallıqları görəndən də sonra o reallıqları söyləmələri, qeyd etmələri ermənilərin xoşuna gəlmir. Buna etiraz edirlər”-deyə Əhəd Məmmədli əlavə edib. O, bildirb ki, Amerika rəsmiləri də genosid və etnik təmizləmə məsələsinə Qarabağda araşdırma aparılmasına ehtiyac olduğunu deyir. Tam məsələni araşdırdıqdan sonra nəsə deyə biləcəklərini bildirirlər. Bu isə, artıq ermənilərin hay-həşirli siyasətinə uyğun gəlmir. Bu səbəbdən də, ermənilər belə narahatdılar.

Əhəd Məmmədli Əhəd Məmmədli

“Araşdırma aparılsın, hamı görəcək ki, heç bir etnik təmizləmə, heç bir genosid yoxdur. Hamısı növbəti erməni uydurmasıdır. Və bu növbəti erməni uydurması da beynəlxalq təşkilatlar, Qərb alət olmamalıdır. Biz öz həqiqətimizdə rahatıq, çünki bilirik ki, ədalət də bizim tərəfdədir”-deyən Əhəd Məmmədli Qərbin yenə bunu tam olaraq anlayacağına inamı olmadığını bildirib.

Politoloqun fikrincə, yenə də, erməni tərəfdarlarının yalan çıxışları davam edəcək. Çünki, bu, təkcə erməni sevgisindən deyil, eyni zamanda əsrlərdir Avropada davam edən anti-türk, anti-islam münasibətindən irəli gəlir.

Politoloq hesab edir ki, bu münasibətdə ermənilər həmişə alət olaraq, biz türklərə qarşı istifadə ediliblər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »