"X" ("Twitter"), "SpaceX" və "Tesla" kimi texnologiya nəhənglərinə başçılıq edən milyarder iş adamı Elon Musk son həftələr ABŞ-da prezident Ərdoğanla görüşüb. Bu görüş zamanı prezident Maskı "Teknofest"ə dəvət edib.
Bizimyol.info xəbər verir ki, Maskın hazırda İzmirdə davam edən tədbirə qatılıb-qatılmayacağı ilə bağlı mülahizələr olsa da, dəqiq məlumat yox idi. Məşhur iş adamı bu yaxınlarda mövzu ilə bağlı açıqlama verib.
Mask öznün sahibi olduğu "X" sosial şəbəkədəki hesabından paylaşım edərək gələn il "Teknofest"də iştirak edəcəyini açıqlayıb: "Bu yenilikçi "Teknofest"də yarışan bütün komandaları təbrik edirik! Dəvətinə görə prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm. Gələn il şəxsən iştirak etməyi və Türkiyədəki digər investisiya imkanlarını müzakirə etməyi səbirsizliklə gözləyirəm", - deyə o qeyd edib.
Hazırda İzmirdə keçirilən "Teknofest" 1 oktyabr 2023-cü il tarixinədək davam edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İlon Maska "X" vasitəsilə cavab verib. Ərdoğan açıqlamasında bu ifadələrdən istifadə edib: “Sizi gələn il dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan "Teknofest"də görməkdən çox məmnun olacağıq. İnanıram ki, qazan-qazan yanaşması ilə əməkdaşlıq edərək bir çox sahələrdə ölkəmizə və bəşəriyyətə böyük töhfələr verəcəyik. Tezliklə yenidən görüşmək ümidi ilə", - deyə prezident bildirib.
Qadir, Bizimyol.info






