Yevlax şəhərində Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş keçirilir.
Bizimyol.info xəbər verir ki, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə Yevlaxda növbəti görüşü keçirilir.
Görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılır.
Xatırladaq ki, bu, lokal xarekterli antiterror tədbirlərindən sonra Qarabağın erməni sakinlərinin nümayəndələri və Azərbaycan mərkəzi hakimiyyətinin təmsilçiləri arasında 3-cü görüşdür.
Bundan əvvəl birinci dəfə tərəflər Yevlaxda, ikincisi görüşü isə Xocalıda keçiriblər.






