Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanıa gələcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumatda deyilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan ikitərəfli münasibətləri müzakirə olunacaq, aktual regional və qlobal problemlər, xüsusilə Qarabağdakı son hadisələr ətrafında fikir mübadiləsi aparılacaq.
Ərdoğan və Əliyevin İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcəyi gözlənilir.
Qadir, Bizimyol.info






