Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilərə göndərilən ərzaq yükü 8 gündür Ağdam-Xankəndi yolunda saxlanılır
Ermənilərə göndərilən ərzaq yükü 8 gündür Ağdam-Xankəndi yolunda saxlanılır

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə göndərdiyi ərzaq yükünun qarşısı kəsilərək səkkiz gündür Ağdam-Xankəndi yolunda gözlədilir.

Bizimyol.info xəbər verir ki, Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərilən və içərisində 40 ton un olan iki yük maşını artıq səkkiz gündür Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün də ərazidə qurulan çadırlarda gecələyiblər.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yükün erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »