Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mercedes" öz oyun noutbukunu satışa çıxarıb
"Mercedes" öz oyun noutbukunu satışa çıxarıb

"MSI" və "Mercedes-AMG Motorsport" şirkətlərinin birgə istehsalı olan oyun noutbukları artıq müştərilərin ixtiyarına verilib.

Bizimyol.info xəbər verir ki, yeni istehsal olan oyun noutbuklarına "Stealth 16 A13VG-236 Mercedes-AMG Motorsport Edition" adı verildi.

Belə bir noutbukun qiyməti 2899 dollardır, ölçüləri təxminən 35x26 santimetr, qalınlığı isə 2 santimetrdir.

Qadcetin çəkisi təxminən iki kiloqramdır və yalnız boz rəngdə təqdim olunur.

Noutbuk 13-cü nəsil "Intel Core i9" prosessoru və "NVIDIA GeForce RTX 4070" qrafik kartı ilə təchiz edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »