Hindistanın "Çandrayan-3" Ay stansiyasının eniş aparatı Ayın səthinə yumşaq enişi uğurla həyata keçirib.
Bizimyol.info xəbər verir ki, bu barədə öz saytında Ayın eniş əməliyyatının canlı yayımını həyata keçirən Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) məlumat yayıb.
Eniş təxminən saat 15:33-də baş tutub. ISRO rəhbəri Şridhara Somanath enişin uğurlu olduğunu təsdiqləyib.
"Uğurlu eniş! Hindistanın göndərdiyi aparat uğurla Aya enib", - cihazın uğurlu enişindən sonra missiyanın idarəetmə mərkəzində çıxış edən Somanath bildirib.
Bundan sonra o, sözü BRİKS sammitində iştirak etdiyi Yohannesburqdan videobağlantı vasitəsilə yayıma qoşulan Hindistanın baş naziri Narendra Modiyə verib.
“Vikram” enmə modulu Yer peykinə 26 kiloqramlıq kiçik Aysal “Praqyan” (“bilik”, “müdriklik”) aparatını çatdırıb.
Beləliklə, Hindistan SSRİ, ABŞ və Çindən sonra cihazın Aya yumşaq enişini həyata keçirə bilən dünyada dördüncü ölkə olub.
Bizimyol.info






