Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Respublikasında dövlət səfərində olan Şavkat Mirziyoyev Füzuli rayonuna gedib
Azərbaycan Respublikasında dövlət səfərində olan Şavkat Mirziyoyev Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 23-də Füzuli rayonuna gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.

Bu gün Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərində inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.

Son xəbərlər
Bütün xəbərlər »