Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Süni intellekt səsləri dinləyib parol oğurlayır
Süni intellekt səsləri dinləyib parol oğurlayır

Son inkişaflarla hər kəsin diqqətini çəkən süni intellekt texnologiyaları bu dəfə internet təhlükəsizliyi ilə gündəmdədir.

Bizimyol.info xəbər verir ki, İngiltərədən "Durham", "Surrey" və "Royal Holloway" Universitetləri tərəfindən aparılan araşdırmada süni intellektin klaviaturadakı düymə səslərini dinləməklə yazılanları 95 faiz dəqiqliklə ayırd edə bildiyi müəyyən edilib.

Tədqiqatçıların 2021-ci il "Macbook Pro" modelində düymə vuruşlarının səslərini tanımaq üçün kodlaşdırdıqları Süni İntellekt, Zoom zəngi zamanı mikrofon vasitəsilə və "iPhone 13" telefonu vasitəsilə hər bir düymə vuruşunu ayırd edə bilib. Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu istiqamətdə süni intellekt texnologiyalarının hakerlər tərəfindən öyrənilməsi ciddi təhlükəsizlik problemləri yarada bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »