Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ayda "taxt oyunları": Rusiya yarım əsr sonra kosmos yarışına qoşulur
Ayda "taxt oyunları": Rusiya yarım əsr sonra kosmos yarışına qoşulur

Rusiya Aya eniş üçün ilk missiyasını təxminən yarım əsr sonra həyata keçirdi. Dünya yeni bir kosmos yarışına girdi. Çin, ABŞ, Rusiya və indi Hindistan yalnız bu dəfə Aya eniş etməyi deyil, elmi fantastika filmlərini reallığa çevirəcək şəkildə burada baza tikməyi xəyal edir.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Rusiya 1976-cı ildən bəri Ayın səthinə çatmaq üçün ilk missiyasına yaşıl işıq yandırıb. “Luna 25 missiyası” Soyuz 2.1v raketinin və “Luna 25” kosmik gəmisinin buraxılması ilə başladı. Kosmik gəminin Aya enişi avqustun 21-də planlaşdırılır. Paylaşılan məlumata görə, “Luna 25” Ayın cənub qütbündə əməliyyat keçirəcək. Bu bölgə son vaxtlar bütün ölkələrin diqqət mərkəzində olduğu və vəzifələri planlaşdırdığı bir bölgəyə çevrilib. Çünki Ayın bu hissəsində günəş işığından uzaq yerlərdə buz izləri aşkar edilib. 1,8 tonluq kosmik gəmi Ay səthindən 15 santimetrə qədər dərinlikdən qaya nümunələrini toplayacaq.

Keçən ay Hindistan eyni bölgəyə kosmik gəmi göndərib. Avqustun 23-də “Çandrayaan-3” kosmik gəmisinin də Aya enməsi gözlənilir. Hələ heç bir ölkə Ayın cənub qütbünə enməyib.

Dörd böyük ölkə ilə yanaşı, Yaponiya və Avropa Birliyi də Ayın cənub qütbünə missiyalara başlayıb. Lakin hələ heç bir ölkə enişlə uğurlu missiyanı yerinə yetirməyib. Hindistanın “Çandrayaan-2” missiyası və digər İsrail missiyası 2019-cu ildə, Yaponiyanın missiyası isə keçən il uğursuz olub.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »