Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Texnoloji "bullinq" ilə mübarizə: İcazəniz olmadan paylaşılan şəxsi şəkillərinizi silməyin yolu var
Texnoloji "bullinq" ilə mübarizə: İcazəniz olmadan paylaşılan şəxsi şəkillərinizi silməyin yolu var

Kiber zorakılıq və şantaj problemlərinə qarşı, bütün dünyada görülən süni intellekt vasitələrinin inkişafı ilə "deepfake" kimi texnologiyaların qorxulu həddə çatdığını desək, yanılmarıq. Məsələn, əslində bir insanın ağzından çıxmayan sözləri indi peşəkarcasına göstərmək olar ki, sanki həmin şəxs o sözü deyib. Daha da pisi odur ki, süni intellekt vasitələrinin inkişafı sayəsində əslində mövcud olmayan vizuallar yaradıla bilər. Nümunə olaraq məşhur adların +18 şəklini verə bilərik.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, belə bir vəziyyətə məruz qalan və nə edəcəyini bilməyənlər üçün Zet Lorento-nun da tövsiyə etdiyi StopNCII.org saytına nəzər salacağıq.

StopNCII.org tam olaraq nədir?

Konsensual olmayan intim görüntüdən sui-istifadəni dayandırmaq (yəni şəxsi şəkillərdən icazəsiz sui-istifadənin qarşısını almaq) kimi istifadəyə verilən bu platforma, adından da göründüyü kimi, qarşılıqlı razılaşmaya əsaslanmayan şəxsi imicdən sui-istifadə hallarının qarşısını almaq məqsədi daşıyır. Bu görüntülərə cinsi əlaqə, ictimai yerlərdə icazəsiz çəkilmiş fotolar, saxta və ya real çılpaq şəkillər daxildir. Əgər sizin və ya tanışınızın bu cür şəkilləri onların razılığı olmadan internetə sızarsa, StopNCII.org saytında açdığınız profil ilə bu şəkilləri silə bilərsiniz. Həm də işin görülməsini gözləməyə ehtiyac yoxdur. Şəxsi şəkillərinizin paylaşılması ilə hədələnsəniz, bu sistemdən istifadə edə bilərsiniz.

StopNCII.org-dan necə istifadə etmək olar?

Sayta daxil olub, “Öz İşinizi Yarat” seçiminə klikləyin. Daha sonra yaşınızı, şəkillərdə kimin olduğunu və nə etdiklərini qeyd edin. Şəkillərin internetdə paylaşılıb-paylaşılmadığını təyin edin və növbəti düyməsini basın. Sonra silinməsini istədiyiniz şəkilləri və videoları seçin. İşinizi izləmək üçün PIN və e-poçt (istəyə görə) təyin edin. İşiniz uğurla yaradıldıqda sizə veriləcək iş nömrəsini və PİN kodu yazın.

StopNCII.org-un iştirakçı şirkətlərinə Facebook, TikTok, Reddit, Instagram, Bumble, OnlyFans və Threads daxildir. Ərizənizi təqdim etdiyiniz zaman bu platformalar icazəsiz paylaşılan məzmunu öz məzmunu ilə uyğunlaşdıraraq tapacaq və onları platformadan siləcək. Yaranan narazılıqların qarşısını almaq üçün sizinlə sayt arasında ünsiyyət anonim şəkildə həyata keçirilir. Yəni nə adınız, nə də şəkilləriniz qarşı tərəfə ötürülmür.

P.S. Bu yazıda StopNCII.org saytının xidməti barədə məlumat verilib. Ancaq bu xidmət təminatçısının özünün nə qədər təhlükəsiz olduğu sual altındadır. Nəticə etibarilə, internet dünyasında heç bir platforma tam təhlükəsiz xidmət və ya dəstək göstərəcəyi ilə bağlı qarantiya vermir.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı yazıda sözügedən platformadan istifadə sonrası yaşana biləcək hərhansı bir problemə görə məsuliyyət daşımır. Bu yazı sadəcə informasiya xarakteri daşıyır. Yazı, kommersiya və ya tərəfdaşlıq əsasında hazırlanmayıb.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »