Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulub
Ordumuzun Kəlbəcər istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində olan mövqeləri ermənilər tərəfindən atəşə tutulub.

Bizimyol.info xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 14-də saat 09:20-dən 12:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Son xəbərlər
Bütün xəbərlər »