Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Google Chrome brauzeri “inkoqnito” rejimində şəxsi məlumatları toplayır" - 5 milyard dollarlıq iddia
"Google Chrome brauzeri “inkoqnito” rejimində şəxsi məlumatları toplayır" - 5 milyard dollarlıq iddia

İnternet dünyasının ən böyük adı olan Google, 2020-ci ildə istifadəçiləri şəxsi tablarda izləməkdə günahlandırılıb. İttihamda, Chrome brauzerinin “inkoqnito” nişanlarında ziyarətlərlə məlumat toplamağa davam etdiyi bildirilib. Milyonlarla istifadəçini izlədiyi üçün Google-a qarşı 5 milyard dollarlıq iddia tələb edilib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatının Şimal Bölgəsi üzrə Dairə Məhkəməsinin hakimi İvon Qonzales-Rogers Google-ı çılğınlığa sürükləyən bir qərar verib. Google məhkəmədə mühakimə olunacaq. Hakim İvon Google-un hökm oxunması tələbini dinləmədən rədd edib. Yəni tərəflərin ifadələrini alaraq bu işin məhkəmə yolu ilə həll olunmasını istəyib.

İddiaya səbəb, Google-un “inkoqnito” xəbərdarlıqlarının nə dərəcədə aydın və anlaşılan olması ilə bağlı sualları olub. Google indiyə qədər “inkoqnito” rejiminin istifadəçini heç bir şəkildə izləməyəcəyi barədə heç bir məlumat verməyib. Eyni zamanda, onların siyasətində onun toplanıb-toplanmaması ilə bağlı cümlələr də bir çox istifadəçilər təəfindən aydın şəkildə başa düşülmür.

Hakim Yvonne həmçinin Chrome məxfilik bəyannaməsinə, Məxfilik Siyasətinə və bu rejimin başlanğıc ekranına, axtarış səhifəsinə və yardım səhifəsinə işarə edərək, “inkoqnito” rejiminin saxlanan məlumatları necə məhdudlaşdırdığına və ya insanların paylaşdıqları məlumatı necə idarə edə biləcəyinə dair fikir bildirib.

“Bütövlükdə götürsək, sual ondan ibarətdir ki, Google şəxsi axtarış zamanı istifadəçilərin məlumatlarını toplaymayacağına dair etibarlı vəd verirmi?”-deyə hakim soruşub. Google-dan cavab verilib ki, şirkət iddialara qarşıdır və özünü qətiyyətlə müdafiə edəcək.

“Chrome-da inkoqnito rejimi sizə fəaliyyətiniz brauzerinizdə və ya cihazınızda saxlanmadan internetə baxmaq imkanı verir. Hər dəfə yeni inkoqnito tabı açdığınız zaman veb-saytlar seans zamanı baxış fəaliyyətiniz haqqında məlumat toplaya bilər”-deyə şirkətin nümayəndələri bildirilib.

Google lap əvvəldən deyirdi ki, məhdud da olsa inkoqnito rejimində məlumat toplamaq mümkündür. İttihamçı isə, bundan xəbərsiz olduğunu iddia edir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »