“Azərbaycanın öz təklifi var idi, Rusiyanın təklifi var idi, amma sonda bizim təklifimiz qəbul olundu. Bu marşrutun məqsədi Berdadzor (Laçın) bölgəsindəki kəndlərimizi qorumaq idi. Başqa yolla getsəydik, bu kəndləri itirərdik. Bu xüsusi marşruta ehtiyac duymağımızın bir çox başqa səbəblərimiz var. Yəni Dağlıq Qarabağ təklifi qəbul olundu və sonda Ermənistan, Rusiya və Azərbaycan tərəfindən qəbul edildi. Marşrut boyu hər kəsin anlayışı var idi və hamı bunu qəbul etdi”… Bu sözləri Arayik Arutunyan müsahibəsində bildirib. Arutunyan elə danışır ki, sanki hansısa bir məsələdə üstünlük əldə edib.
Politoloq İlyas Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan ciddi şəkildə Azərbaycanın daxili işlərinə qarışır. Azərbaycanda separatizimi təşviq edir. Eyni zamanda bu revanşizm əhval ruhiyəsini gücləndirməklə yanaşı, yeni müharibə üçün də əsaslar formalaşdırır.
İlyas Hüseynzadə“Digər tərəfdən Azərbaycan ərazisində hakimiyyəti zəbt etmiş və qeyri-qanuni fəaliyyət göstərən Araik Arutunyan Laçın sərhəd buraxılış məntəqəsinin qurulmasından sonra hansısa etiraz aksiyalarını həyata keçirməyə başladı. Xankəndi-Əsgəran yoluna beton piltələr düzüldü. Digər tərəfdən müşahidə edirik ki, hansısa yolun və maşurutun qəbul olunması haqqında da fikirlər irəli sürür. Bu, tamamilə qəbulolunmazdır. Çünki Araik Arutunyan özü Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmiş şəxsdir. Bununla yanaşı, onun üzərində çox saylı cinayət əməllərinin olduğu sübut olunub. Vətən müharibəsi dövründə dinc insanların qətli, Gəncə və Bərdənin roket atəşinə tutulmasına görə məsuliyyət daşıyır”-deyən politoloq vurğulayıb ki, bu çox mühüm bir amildir.
Politoloq bildirib ki, Azərbaycan Qarabağ iqtisadi rayonunda kompakt yaşayan ermənilərin təminatını həyata keçirmək üçün, Ağdam-Xankəndi marşurutunu təklif edir.
“Bu, çox legitim bir yanaşmadır. Çünki müharibədən əvvəl, işğal dövründən qabaq o yol fəaliyyət göstərirdi və hazırda işğal faktı aradan qaldırıldıqdan sonra bu yolun istifadəyə verilməsi xüsusi zərurət kəsb eləyir”-deyə Hüseynov bildirib. Onun sözlərinə görə, Azərbaycan Ağdam bölgəsini iqtisadi-ticari mərkəzə çevirmək niyyətindədir. Belə olan təqdirdə məhz Ağdam üzərindən həm beynəlxalq “Qırmızı Xaç omitəsi”ninin avtomobillərinin, həm sülhməramlıların avtomobillərinin, həm də hümanitar yüklərin daşınması nəzərdə tutulur. Baxmayaraq ki, onlar Laçın yolu üzərində israr edirlər, bu məsələ həllini tapacaq. Onlar Laçın yolunda tırların şousunu həyata keçirirlər. Ayrı-ayrı diplomatları, Avropa İttifaqının mülkü missiyasını, bu siyasi təxribata alət edirlər. İstənilən halda bunun bir nəticəsi olmayacaq. Azərbaycanın siyasi iradəsi və prinsipiallığı yaxın zamanda qalib gələcək”-deyə İlyas Hüseynov əlavə edib.
İradə Cəlil, Bizimyol.info






