Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan sülhə həqiqətən dəstək ola biləcək istənilən tərəflə işləməyə hazırdır"
"Azərbaycan sülhə həqiqətən dəstək ola biləcək istənilən tərəflə işləməyə hazırdır"

Bir müddət əvvəl Azərbaycan prezidenti “Euronews”-ə müsahibəsində Azərbaycan dövlətinin bir sıra məsələlərə, xüsusilə də cənubi Qafqazda mövcud vəziyyəti, Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin tənzimlənməsi, Qarabağda dinc sakinlərlə Azərbaycanlılar arasında münasibətlərin qurulması, birgə yaşayış və inteqrasiyya məsələləri, eyni zamanda 44 günlük Vətən müharibəsindən sonra bu münasibətlərin normallaşmasında ayrı-ayrı tərəflərin, ayrı-ayrı beynəlxalq güclərin oynadığı rolla bağlı fikirlərini səsləndirib. Prezident atəşkəs sazişinin, yəni 10 noyabr bəyanatının Rusiyanın vasitəçiliyi ilə təmin olunduğunu, lakin qısa müddət ərzində Ermənistan tərəfindən həmin bəyanatda üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı bir sıra problemlərin yarandığını bəyan edib. Azərbaycan prezidenti qeyd edib ki, 10 noyabr bəyanatından sonra Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsəydi, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması və eyni zamanda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı bütün ayrı-ayrı davranışlar, ayrı-ayrı iddialar aradan götürülsəydi, bu gün Ermənistanla Azərbaycan arasında sülh münasibətləri imzalanmışdı və bölgəmizə davamlı sülh təmin olunmuşdu.

Bu barədə Bizimyol.info xəbər portalına danışan tarxi üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyevin sözlərinə görə, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi və sülh danışıqlarının manipulyasiyası nəticəsində bu gün belə bir vəziyyət yaranıb.

Anar Əliyev Anar Əliyev, Tarix üzrə fəlsəfə doktoru, politoloq

Anar Əliyev qeyd edib ki, Azərbaycan prezidenti həm də Brüssel və Vaşinqton formatları ilə bağlı fikirlərini səsləndirib. Politoloq bildirib ki, xüsusilə Rusiya-Ukraniya müharibəsindən sonra ABŞ və Avropa Birliyinin daha da aktivləşib və Cənubi Qafqazda baş verən proseslərin tənzimlənməsinə əsas faktora çevrilmək istəyir. Azərbaycan prezidentinin də qeyd etdiyi kimi, Azərbaycan Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dəstək verə biləcək istənilən platformanı müsbət qarşılayır, müsbət münasibət göstərir.

Azərbaycan üçün bölgədə sülhün təmin olunmasının Rusiya vasitəçiliyi ilə və ya əks tərəfin, əks düşərgənin vasitəçiliyi ilə təmin edilməsi xüsusi əhəmiyyət daşımır. Azərbaycan üçün bölgəyə davamlı sülhün gəlməsi, Ermənistanın üzərinə götürdüyü öhdəliklərlə bağlı Ermənistana ediləcək təzyiqlər və sülh müqaviləsinin imzalanması məsələsi əhəmiyyət daşıyır. Bu, Azərbaycan dövlətinin bölgəmizlə bağlı qlobal güclərin yanaşmasına mövqeyidir.

Politoloq qeyd edib ki, Azərbaycan tərəfi istənilən tərəflə işləməyə hazırdır. Yalnız bir şərtlə ki, həmin tərəf Cənubi Qafqazda sülh münasibətlərinin tənzimlənməsinə səmimi münasibət göstərsin. Əksinə bəzi güclər kimi, məsələn Fransa, İran kimi Ermənistanı alət etməklə bölgədə yenidən konferanstasiya formalaşdırmaq münasibətləri gərginləşdirmək hədəfi qarşıya qoyulmamalıdır.

Anar Əliyev hesab edir ki, Azərbaycan prezidentinin müsahibəsi, Azərbaycanın sülh prosesinə maraqlı olduğunu, bölgədə sülhün təmin olunmasına çalışdığını və bu istiqamətdə yardım edə biləcək istənilən tərəflə əməkdaşlıq etməyə hazır olduğunu, bu əməkdaşlığa maraqlı olduğunun bəyanıdır.

“Bu Azərbaycan dövlətinin sülhpərvər mahiyyətini və Azərbaycan liderinin proseslərlə bağlı qəti iradəsini qəti mövqeni ifadə edir. Bu bizim xalqımızın, dövlətimizin dəyişilməz vahid mövqeyidir və hesab edirəm ki, prezidentimizin qeyd etdiyi kimi Azərbaycanın irəli sürdüyü şərtlər qəbul ediləcəksə, bölgəyə daimi sülh gələcək. Əks halda, mövcud vəziyyətdən daha pis vəziyyət və daha pis situasiya qarşı tərəf üçün gözləniləndir”-deyə Anar Əliyev vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »