Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kriptovalyutaların institusional qəbulu asanlaşacaq
Kriptovalyutaların institusional qəbulu asanlaşacaq

Kriptovalyutalar ödəniş vasitəsi kimi getdikdə populyarlaşır. Ən iri kriptovalyuta şirkətlərindən biri olan “Binance”ın rəhbəri Çanpen Çjao (CZ) şirkətin 6 illik fəaliyyəti haqqında danışıb.

Bizimyol.info xəbər verir ki, şirkət rəhbəri bir sıra məqamları açıqlayıb:

“2017-ci il sentyabrın 4-də Çin kriptovalyuta birjalarına və ilkin sikkə təkliflərinə qadağa qoydu. Komandamız bəzi hesablamalar aparıb mənə zəng elədi və istifadəçilərimizə kompensasiya verilməsi barədə soruşdu. Burada 6 milyon ABŞ dollarından söhbət gedirdi. Bu, o dövr üçün çox böyük rəqəm idi. Bizim büdcəmizin 40 faizdən çoxu demək idi. Amma razılaşdıq. Bu, dünya kriptoicması tərəfindən son dərəcə müsbət qarşılandı. Bir ay sonra istifadəçilərimizin sayı 120 minə çatdı və biz qazanc əldə etməyə başladıq. Bu gün “Binance” 40-dan çox dildə 600-dən artıq tokeni dəstəkləyir və müştəri dəstəyi komandamızda minlərlə əməkdaş çalışır. “BNB Chain” indi desentralizasiya birjalarından tutmuş, saxlama tətbiqlərinə qədər hər şeyi dəstəkləyir”.

Şirkət rəhbərinin sözlərinə görə, hazırda “Binance.US”-nin 43 dövlətə pul göndərmək üçün lisenziyası (MTL) var. O vurğulayıb ki, kriptovalyuta sahəsində istifadəçiləri qorumağa və innovasiyaları təşviq etməyə yönəlmiş qaydalar sənayenin uzunmüddətli uğurunda mühüm rol oynayır.

Onun fikrincə, “TradFi”, “BlackRock”, “Citadel”, “Fidelity” kimi şirkətlərin bu bazara daxil olması kriptovalyutanın institusional qəbulunu asanlaşdıracaq:

“İnstitusional investorlar yüzlərlə trilyon dollarlıq səhm bazarının əksər hissəsinə sahib olduqlarından, hətta kriptovalyutaya birrəqəmli konvertasiya faizi də mövcud kriptovalyuta bazarının ölçüsünü asanlıqla artıracaq. “DeFi” inkişaf etməyə davam edəcək. Yeni pul kisəsi texnologiyaları istifadəçilərin öz kriptoaktivlərini sərbəst saxlamalarını asanlaşdırır. Daha çox insan “DeFi” məhsullarından istifadə edəcək və blokçeynlərlə birbaşa qarşılıqlı əlaqədə olacaq. Bu, həmçinin insanlara “TradFi” (və ya banklar) üçün bağlı olan yerlərə maliyyə çıxışı təklif edir. “DeFi”nin yaxın altı il ərzində “CeFi”dən daha böyük olacağına inanıram”.

Şirkətin məlumatına görə, hazırda 70 ölkədə 11,5 milyon insan ödəniş üçün “Binance Pay”dan istifadə edir. 40 ölkədə 2,4 milyondan çox istifadəçi “Binance Card”ın köməyilə kriptovalyuta xərcləyir, 1 milyondan çox “Binance”ın hədiyyə kartını dostlarına və qohumlarına göndərib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »