Ermənistan Daxili İşlər Nazirliyinin baş katibi Ara Fidanyan çoxlu sayda polis əməkdaşlarının baş nazir Nikol Paşinyanı müşayiət etməsini və hökumət binası yaxınlığında daim növbə çəkməsini ictimai asayişi qorumaqla izah edib.
O, parlamentdə jurnalistlərin müvafiq sualına belə qısa cavab verib: “Onlar ictimai asayişi qoruyurlar”.
Rəsmi eyni zamanda, hökumət başçısını müşayiət edən və ya Respublika meydanında növbətçi olan asayiş keşikçilərinin olduğu bir neçə avtobusun davamlı olaraq, saxlanmasına nə qədər vəsait xərcləndiyini açıqlamayıb.
Eyni zamanda o, media nümayəndələrinə 2020-ci il noyabrın 9-da hökumət binası yaxınlığında baş vermiş hadisəni xatırladaraq, əks sual verib.
"Gözləyirdiniz? Xeyr. Biz də yox", - deyə Ermənistan Daxili İşlər Nazirliyinin sözçüsü bildirib.
Qeyd edək ki, noyabrın 9-da axşam saatlarında Ermənistanın baş nazirinin “Dağlıq Qarabağ”la bağlı üçtərəfli bəyanat imzalaması xəbərindən sonra İrəvanda dərhal etiraz aksiyaları başlayıb. Etiraz aksiyası hökumətin yaxınlığında keçirilib, etirazçılar binaya soxulub, Paşinyanın ofisini dağıdıb və dövlət rəmzlərini götürüblər. Daha sonra parlamentə keçiblər və orada spiker Ararat Mirzoyanı döyüblər. Nəticədə MŞ sədri yaralanıb və əməliyyat olunub.
Məlumat üçün bildirək ki, camaat parlament binasına və hökumətin bağ evlərinə da daxil olublar.
Leyla Mirzə






