Yuxu insanlar üçün çox vacibdir, bəs heyvanlar? Heç yatmayan heyvanlar varmı? Heyvanlar bizim kimi yuxusuzluğa həssasdırlarmı? İtlərin, pişiklərin, fillərin, yarasaların, bal arılarının, insanların və hətta bir çox başqa canlıların ortaq bir cəhəti var: yuxu.
Yaşamaq üçün yuxu həqiqətən lazımdırmı?
Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, bir gecəni yuxusuz keçirmək insnaın bütün gününü çətinləşdirir. Əslində, zəif yuxu rejiminin uzun müddət davam edərsə, bu diabet və ürək xəstəliklərinə səbəb ola bilər.
Bəs heyvanlarda belə bir əlaqə varmı? Yuxu onlar üçün də bu qədər vacibdirmi?
1890-cü illərdə Rusiyada ilk qadın fiziklərdən biri olan Mari de Manasein yuxu ilə bağlı araşdırma aparıb.
"Biz hamımız həyatı sevirik və hamımız bacardıqca uzun yaşamaq istəyirik, lakin buna baxmayaraq, həyatımızın üçdə birini, bəzən hətta yarısını yatmaqla keçiririk"-deyə Manasein bildirib.
Yuxuya çox maraq göstərən Manasein heyvanlar üzərində təcrübə aparıb. İt balaları üzərində araşdırma aparan fizik onları yatmağa qoymayıb və təcürbənin sonunda heyvanlaırn yuxusuzluqdan öldüyünü müşahidə edib. Fizik bu təcrübələrini sonrakı illərdə gəmiricilər, hamamböcəyi kimi müxtəlif heyvanlar üzərində davam etdirib. Bütün təcrübələrin nəticəsi eyni olsa da, təcrübələrin nəticəsinin yuxu ilə əlaqəli olduğu hələ də müəyyən edilməyib. Tamamilə yuxusuz qalmaq çox zərərlidir. Amma bəzi canlılar üçün çox qısa yuxuların kifayət etdiyi müəyyən edilib.
“Science Advances” jurnalında meyvə milçəklərinin yuxu vərdişləri ilə bağlı araşdırma dərc olunub. Tədqiqatın müəllifi Gorcio Gilestro qeyd eidb ki, onlar bəzi milçəklərin çətinliklə yatdığını müşahidə ediblər. Ətraf mühitin çirklənməsi okeanların dərinliklərində yaşayan heyvanları təhdid etməyə başlayır
Gilestro və həmkarları dişi milçəklərin 6 faizinin gündə 72 dəqiqədən az yatdığını, hətta bir dişi milçəyin gündə 4 dəqiqədən az yatdığını müşahidə ediblər. Sonrakı təcrübələrdə, araşdırma aparan komanda milçəklərin 96 faizini yuxudan məhrum ediblər, lakin milçəklər küçüklər kimi erkən ölməyiblər. Hətta normal yuxu rejimi olan nəzarət qrupu ilə eyni ömür sürüblər.
Digər bir araşdırma, 2016-cı ildə həyata keçirilib. Belə ki, Maks Plank İnstitutunun ornitoloqu Niels Rattenborg və həmkarları Qalapaqos adalarında freqat quşu üzərində təcrübə aparıblar. Təcrübədə quşların beyinlərindəki elektrik aktivliyini ölçmək üçün quşların içərisinə kiçik bir cihaz yerləşdirilib. Ölçülərə baxdıqda, bəzən quşlar okean üzərində üzərkən beynin bir hissəsinin yatdığını, bəzən də uçarkən hər iki beyin lobunun eyni vaxtda yatdığını müşahidə edib. Ən təəccüblüsü isə odur ki, freqatlar gündə orta hesabla cəmi 42 dəqiqə yatır.
Heç yuxuya ehtiyacı olmayan heyvan varmı?
Rattenborg deyir ki, hər şey mümkündür. Lakin qısa müddət ərzində yatan heyvanlar üzərində aparılan araşdırmalara görə, onların heç biri tam yuxusuz deyil. Minimum yuxu belə çox vacibdir, hətta az yatan heyvanlarda belə.
İlahin, Bizimyol.info






