Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kriptovalyutalar haqqında miflər: bitkoin niyə inflyasiyadan azaddır?
Kriptovalyutalar haqqında miflər: bitkoin niyə inflyasiyadan azaddır?

Blokçeyn - məlumatların saxlanması vasitəsi və yaxud da tranzaksiyaların, müqavilələrin, sövdələşmələrin rəqəmsal reyestri olan bu sahə bir çoxları üçün araşdırılmamış qalır. Bu səbəbdən kriptovalyutalar haqqında da yalan və yanlış təsəvvürlər indiyədək aktuallığını qorumaqdadır.

Bizimyol.info xəbər verir ki, “Binance” şirkəti rəqəmsal aktivlərlə bağlı geniş yayılmış yanlış təsəvvürlərdən bəzilərini aşkar edib və onları aradan qaldırmağa çalışır.

Bəziləri bu günə qədər kriptovalyutaların “gerçək pul” olmadığını hesab edir. Lakin kriptovalyutalar gündəlik olaraq, real aktivlərin, malların, xidmətlərin alışı və satışı, həmçinin əmanətlərin saxlanılması məqsədilə istifadə olunur.

Blokçeyn hələ nisbətən yeni texnologiya olduğundan, kriptovalyutalar barədə bir çox yalan və yanlış təsəvvürlər var. Daha geniş yayılmış kriptovalyuta “FUD”larını (qorxu, qətiyyətsizlik və şübhələr) − rəvayətlərini nəzərdən keçirib, həqiqəti yalandan ayıracağıq.

Blokçeyn və kriptovalyutalar məsələsi bir neçə ildir ki, müzakirə olunmasına baxmayaraq, dünyada bir çoxlarının bununla bağlı təsəvvürü ya çox səthidir, ya da ümumiyyətlə, bu mövzuda heç bir məlumata malik deyil. “Binance” kriptovalyutalar haqqında biliklərin təbliğiylə, Web3 təhsilini hər kəs üçün əlçatan etməklə vəziyyəti yaxşılaşdırmaq niyyətindədir. İctimaiyyət üçün maraqlı olan, eyni zamanda da, səhv anlaşılan hər hansı məsələ müxtəlif yanlış təsəvvürlərə münbit zəmin yaradır. Bu, ilk növbədə, blokçeyn və kriptovalyutalara aiddir.

Kriptovalyutalar haqqında yanlış təsəvvürlər zərərli olmasa da, onlardan bəziləri çaşqınlıq, hətta çaxnaşma yarada, “FUD”u “alovlandıra” və insanları heç bir səbəb olmadan rəqəmsal aktivlərə qarşı şübhəylə yanaşmağa məcbur edə bilər. Bu cür zərərli, yanlış təsəvvürlərlə mübarizə kriptosavadlılığın yüksəldilməsinin vacib komponentini təşkil edir. Ona görə də biz daha geniş yayılmış yanlış təsəvvürləri aşkar etməyə və aradan qaldırmağa çalışmışıq.

Dünyada cəmi 21 milyon bitkoin yaradılacaq

Bu, kriptoekosistemin qüsursuz olması anlamına gəlmir. Bu, yeni gələnləri daim tənqidi düşünməyə və şəxsi araşdırmalarını aparmağa vadar edən, sürətlə inkişaf edən bir məkandır. Bununla belə, optimal nəticələr əldə etmək üçün bu araşdırmalar məşhur miflərə və ümumi yanlış təsəvvürlərə yox, möhkəm təməllərin dərindən başa düşülməsinə əsaslanmalıdır.

Kriptovalyutalarla yeni tanış olanlar (və ya tanış olmayan), adətən, əksər rəqəmsal aktivlərin heç bir maddiyyatla və ya hər hansısa “sərt” fiat valyutasıyla (əlbəttə ki, stabilkoinlər istisna olmaqla) dəstəklənmədiyini iddia edirlər. Onların məntiqinə görə, “dəstəklənməmək” sözü “heç bir dəyəri yoxdur” ifadəsinin sinonimidir.

Buna baxmayaraq, əksər fiat valyutaları da fiziki aktivlərlə dəstəklənmir. Buna misal olaraq, ABŞ dollarını və ya Britaniya funt sterlinqini göstərmək olar. Bu valyutaların heç biri hansısa fiziki aktivlərlə dəstəklənmir. Onlar, sadəcə, hökumət tərəfindən dövriyyəyə buraxılır və məhz müvafiq hökumətə “etimad” fiat valyutasının dəyərinin çox hissəsini təşkil edir.

İnsanlar hökumətə inam bəsləməklə fiat pulların dəyərini gördükləri kimi, istifadəçilər də rəqəmsal valyutalara daha çox dəyər verirlər. Onlar bu valyutaların əsasını təşkil edən texnologiyaya etibar edirlər. Burada dəyər hər kəsin baxıb yoxlaya biləcəyi açıq mənbə koduna əsaslanır. Bu da öz mənfəətini güdən və ya rüşvətlə ələ almağa çalışan üçüncü tərəfə etibar etmək ehtiyacını aradan qaldırır. Bunlar iki tamamilə fərqli etimad əsaslarıdır, lakin hər ikisini məntiqə uyğun hesab etmək olar.

Valyuta dəyərinin digər komponentini onun qəbulu və mənimsənilmə səviyyəsi təşkil edir. Rəqəmsal valyutaların ödəniş vasitəsi kimi məhdudiyyətlərlə üzləşmə ehtimalının hələ də qalmasına baxmayaraq, onların qəbulu və ödənişlər üçün istifadəsi ildən-ilə artır. Kriptovalyutaların tətbiq sahəsi də ödənişlər və kommersiya yardımı çərçivəsindən çox kənara çıxır. Kriptovalyutalar bitkoinin timsalında qızıl kimi mallara bənzər bir dəyər anbarı qismində istifadə edilə bilər. Bitkoin aztapılan aktivdir. Dünyada cəmi 21 milyon bitkoin yaradılacaq. Ona görə də o, pul siyasəti ilə dəyəri azaldıla bilən fiat valyutalarından fərqli olaraq, mahiyyət etibarilə inflyasiyadan azaddır.

Nəhayət, smart-müqavilələrlə dəstəklənən aktivlər paylanmış idarəetmə, rəqəmsal incəsənət, yeni maliyyə məhsulları və unikal virtual təcrübələr də daxil olmaqla, demək olar ki, qeyri-məhdud sayda onlayn üstünlüklər yaratmaq məqsədilə istifadə edilə bilər.

Ona görə də kimsə rəqəmsal valyutaların heç bir daxili dəyərinin olmadığını dedikdə qeyd etmək lazımdır ki, dezintermediasiya, ödənişlər, dəyər saxlamaq qabiliyyəti və texnoloji yeniliklərin hamısı özlüyündə daxili dəyərə malikdir. Üstəlik, rəqəmsal aktivlərin qəbulu tempi durmadan artır. Bu barədə düşünsəniz, görəcəksiniz ki, bu heç də mif deyil.

Fakt budur ki, istər fiat, istərsə də rəqəmsal valyutanın dəyəri kütləvi şəkildə tanınma və qəbul edilmə ilə şərtlənib. Rəqəmsal aktivlərə gəlincə isə, bu rəqəmlər daim artır.

Kriptovalyutadan gerçək pul kimi fəal şəkildə istifadə olunur

İnsanlar “gerçək pul” dedikdə, adətən, mübadilə vasitəsini və hesab vahidini nəzərdə tuturlar. Bu da, ən əsası, hansısa kommersiya fəaliyyətində istifadə oluna bilər.

Kriptoskeptiklər, adətən, rəqəmsal aktivlərin gündəlik alış-veriş üçün istifadə olunmadığını hesab edirlər. Bəzi insanların sadə təsəvvüründə rəqəmsal aktivlər sahəsi spekulyativ token ticarətinin aparıldığı yerdən başqa bir şey deyil. Bununla belə, geniş yayılmış təsəvvürlərə baxmayaraq, kriptovalyutalar bütün dünyada gündəlik olaraq “gerçək pul” kimi fəal şəkildə istifadə edilir.

2010-cu ildə bitkoinin maddi əmtəə (iki pitsa!) ilə məşhur mübadiləsindən sonra insanlar dünyanın hər yerində, əsasən, fiat pulun mövcud olmadığı həyati əhəmiyyət daşıyan vəziyyətlərdə və məkanlarda mal almaq, xidmətlərdən yararlanmaq məqsədilə kriptovalyutalardan istifadə edirlər. Son illərdə kriptovalyutaların ənənəvi ödəniş sistemləri və üsulları ilə artan inteqrasiyası nəticəsində insanlara kriptovalyutalarını ödənişin fiatla həyata keçirilməsini istəyən satıcılara da xərcləməsinə imkan verən bir sıra xidmətlər meydana çıxıb.

Buna ən yaxşı nümunə kimi “Binance Card”ı göstərmək olar. Bu kart öz istifadəçilərinə əsas fiat ödəniş sistemlərinin keçərli olduğu bütün məkanlarda (hələ ki, bəzi yurisdiksiyalarda mövcuddur) mal almaq və xidmətlərdən yararlanmaq məqsədilə kriptovalyutalardan istifadə etməyə imkan verir. Bundan başqa, təmassız, sərhədsiz və təhlükəsiz kriptovalyuta ödəmə texnologiyası olan “Binance Pay”in də adını çəkə bilərik. Bütün bunlar o anlama gəlir ki, istifadəçilər kriptovalyutalarını bütün dünyada xərcləmək üçün daha da geniş imkanlara malikdirlər. Yəni mif ifşa edildi. Fakt budur ki, kriptovalyuta real aktivlərin və malların alışı və satışı məqsədilə gündəlik istifadə edilir.

“FUD”un sizi aldatmasına imkan verməyin! Skeptiklər kriptovalyutalardan söhbət düşdükdə hər cür mifləri həqiqət kimi qələmə verəcəklər. Bu yanlış təsəvvürlər çox vaxt düzgün məlumatların və ya maariflənmə materiallarının insanlar üçün əlçatan olmaması ilə əlaqədardır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »