Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya şirkəti Türkiyədə yanacaqdoldurma məntəqələri şəbəkəsini alır
Rusiya şirkəti Türkiyədə yanacaqdoldurma məntəqələri şəbəkəsini alır

Rusiyanın “Tatneft” şirkəti Türkiyənin “Aytemiz Akaryakit” yanacaq şirkətini 320 milyon dollara satın alır. Aytəmiz şəbəkəsinə Türkiyənin müxtəlif bölgələrində 570-ə yaxın yanacaqdoldurma məntəqəsi daxildir.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşri məlumat yayıb.

Aytemizin 50%-nə sahib olan investisiya holdinqi Doğan Holdinq bildirib ki, Tatneft Türkiyənin Aytemiz Akaryakit yanacaq şirkətindən 320 milyon dollara 100% satın alır. Digər pay isə Aytəmiz ailəsinə məxsusdur.

Bundan əlavə, Doğanla müqavilə tənzimləyici icazələr alındıqdan sonra bağlanacaq.

Məlumat üçün bildirk ki, Aytəmiz şəbəkəsi 2022-ci ilin sonuna qədər Türkiyə bazarında yeddinci yerdə olub.

Qeyd edək ki, Rusiyanın “Tatneft” şirkəti sanksiyalar altında deyil. 2022-ci ilin sonunda neft şirkəti neft hasilatını 4,6% artıraraq 29,1 milyon tona çatdırıb.

Neft şirkətinin gəliri 18% artaraq 1,4 trilyon rubla, xalis mənfəəti isə 43% artaraq 284,6 milyard rubla çatıb.

Əməliyyatın məbləği şirkətin borc yükünə təsir etməyəcək.

Enerji və Maliyyə İnstitutunun eksperti hesab edir ki, alış Tatneft üçün yeni imkanlar açır, çünki Türkiyə bazarı ildə 2 milyon tona qədər benzin və dizel yanacağı satışı ilə şirkət üçün ikinci ən vacib bazar ola bilər.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »