Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Meta" Türkiyədə seçki yalanlarını önləmək üçün Mərkəz açıb
"Meta" Türkiyədə seçki yalanlarını önləmək üçün Mərkəz açıb

Türkiyə yeni prezident seçkiləri prosesinə start verilib. Mayın 14-də keçiriləcək seçkilərlə 5 illik prezident vəzifəsini icra edəcək şəxs seçilərkən, seçki təhlükəsizliyi Türkiyənin gündəmindədir. META şirkəti Türkiyədə keçiriləcək seçkilərin təhlükəsizliyi ilə bağlı açıqlama yayıb. Qeyd edilib ki, “Facebook”, “Instagram” və “WhatsApp”-ın ana şirkəti Türkiyədə seçkilərin təhlükəsizliyi üçün xüsusi mərkəz qurduğunu açıqlayıb. 14 Mayda Türkiyədə keçiriləcək seçkilərin təhlükəsiz keçməsini təmin etmək üçün yanlış məlumatların yayılmasını azaltmaq və META tətbiqlərindən zərərli məzmunları silmək üçün insanlara, ortaqlıqlara və texnologiyaya sərmayə qoyulub.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu çərçivədə, “Türkiyə Seçkiləri Əməliyyat Mərkəzi” fəaliyyətə başlayıb. Türkiyə Seçki Əməliyyat Mərkəzinin vəzifəsi nə olacaq?

Şirkət tərəfindən paylaşılan açıqlamada mərkəzin potensial təhdidləri müəyyən etmək və daha sürətli cavab vermək kimi vəzifələri üzərinə götürəcəyi qeyd edilib. Reklamlar, WhatsApp-da viral mesajlar və s. bu mərkəzin məsuliyyəti olacaq.

META-nın tam Seçki Əməliyyatları Mərkəzinin bəyanatı: “Biz istəyirik ki, insanlar tətbiqlərimizdə maraqlandıqları şeylər haqqında açıq danışa bilsinlər və bunu edərkən təhlükəsiz olsunlar. İcma Standartlarımız Facebook və Instagram-da hansı məzmunun icazə verilmədiyini açıq şəkildə bildirir və bir çox sahələrini əhatə edir. Buraya təqib və zorakılığa təhrik siyasəti, eləcə də etnik mənsubiyyət və ya din kimi məsələlərdə insanlara qarşı hücumları qadağan edən nifrət nitqi ilə bağlı ətraflı siyasətlər daxildir.

Bu qaydaları pozan məzmunu aşkar edən kimi onu silirik”.

Yalan məlumat və yalan xəbərlərlə mübarizə...

Qeyd edilib ki: “Müəyyən hallarda, biz “Facebook” və “Instagram”-dan potensial zorakılığa və ya fiziki zərərə səbəb ola biləcək və ya səsvermənin qarşısını almaq məqsədi daşıyan yalan məlumatları tamamilə silirik.

Bura səsvermənin keçirilmə tarixləri, yerləri, vaxtı və üsulları ilə bağlı saxta hesabatlar da daxildir.

Biz daha az insanın yalan məlumat növlərini görməsininqarşısının alınması üçün insanları nüfuzlu mənbələrdən məlumatlara yönəltməyə diqqət yetiririk. Bunun üçün biz Türkiyədən “Doğruluk Payı” və “Teyit” də daxil olmaqla 90-dan çox müstəqil üçüncü tərəf xəbər yoxlama təşkilatları ilə işləyirik”.

Qeyd edək ki, “WhatsApp”-da insanlar şübhəli və ya qeyri-dəqiq görünən mesaj aldıqda, məzmunun düzgünlüyünü təsdiqləmək üçün onları “Truth and Confirmation” yoxlama orqanları iki dəfə yoxlamaq tövsiyyə edilib.

WhatsApp-da Viral Mesajlar...

META-nın məlumatında bildirilib ki, keçən il bir dəfə göndərilən hər hansı bir mesajın eyni anda yalnız bir qrupa yönləndirilməsinin mümkünlüyü ilə bağlı xəbərdarlıq edilib.

“2020-ci ildə biz yüksək çatdırılma mesajları üçün eyni funksiyanı tətbiq etdik və WhatsApp-da göndərilən mesajların sayının 70 faizdən çox azaldığını gördük. İnsanlar həmçinin onları qrup söhbətlərinə kimin əlavə edə biləcəyinə nəzarət edə və naməlum şəxsləri bloklaya və ya şikayət edə bilər ki, bu da onlara məxfiliklərinə daha çox nəzarət imkanı verir”.

Siyasi reklamlar və şəffaflıq

META bildirir ki, tətbiqlərində sosial məsələlər, seçkilər və ya siyasətlə bağlı reklamlar yayımlamaq istəyən reklamçılar kim olduqlarını və hansı ölkədə yaşadıqlarını sübut etmək üçün yoxlama prosesindən keçməlidirlər. Şəffaflıq prinsiplərinə uyğun olaraq, postlara reklam verənin kim olduğunu göstərən teqlər əlavə edilir.

İnsanların daha az reklam görmək üçün seçim edə bilməsi üçün yeni nəzarətlər də əlavə edilib. İstifadəçilər bu nəzarətlərdən istifadə etdikdə etiketlənmiş reklamları görmürlər.

“Bütün siyasi və seçki əsaslı reklamlar yeddi il ərzində Elan Kitabxanamıza əlavə olunur, beləliklə hər kəs hansı reklamların yayımlandığını, hədəfləmə haqqında məlumatı və onlara nə qədər xərcləndiyini bilə bilər”-deyə qeyd edilib.

Seçkilərə müdaxilə ilə mübarizə

Şirkətdən bildirilib ki, seçkilərə müdaxilənin qarşısını almaq üçün ixtisaslaşmış qruplar yaradılıb.

“Yaratdığımız bu komandalar vasitəsilə biz mürəkkəb şəbəkələrdən istifadə edərək, ictimai müzakirələrə mane olmağa çalışan bəzi Səhifələrə, Qruplara və Hesablara, yəni əlaqələndirilmiş sui-istifadəyə (CIB) diqqət yetirmişik. 2017-ci ildən bəri biz koordinasiya edilmiş sui-istifadələr (CIB) səbəbindən dünya üzrə 200-dən çox şəbəkəni sildik. Platformalarımızda bu cür fəaliyyəti aşkar etdikdə, xüsusilə seçkilərlə bağlı olan zaman tədbir görürük. Biz müəyyən etdiyimiz CIB şəbəkələrini izləməyə və silməyə və onların təfərrüatlarını açıq şəkildə paylaşmağa davam edəcəyik” -deyə əlavə edilib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »