Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Serhan Aktunç: "Əvvəllər “iki dövlət bir millət” deyilirdisə, indi “üç dövlət, bir millət” deyilməlidir"
Serhan Aktunç: "Əvvəllər “iki dövlət bir millət” deyilirdisə, indi “üç dövlət, bir millət” deyilməlidir"

Şimali Kipr Türk Cümhuriyyətinin Baş nazir müavini, Turizm, Mədəniyyət, Gənclik və Ekologiya nazirliyinin müşaviri Serhan Aktunçun iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransda çıxış edən Serhan Aktunç turizmdən təhsilə birçox mövzuda fikir səsləndirib.

Bizimyol.info xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin keçirdiyi mətbuat konfransında baş nazir müavini Serhan Aktunç ölkələrarası münasibət, turizm, təhsil və s. mövzularda açıqlama verib.

Mətbuat konfransının açılışında Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turganer çıxış edərək, qonaqları salamladıqdan sonra Şimali Kipr Türk Cümhuriyyətinin rəsmi turizm tanıtım videosu təqdim edilib.

Daha sonra söz Şimali Kipr Türk Cümhuriyyəti Baş nazir müavini, Turizm, Mədəniyyət, Gənclik və Ekologiya nazirliyinin müşaviri Serhan Aktunçun çıxış edərək, pandemiyadan sonra yenidən başlayan turizm dönəmində bu il Azərbaycandan daha çox turisti hədəf aldıqlarını bildirib. O, qeyd edib ki, əgər əvvəllər “iki dövlət bir millət” deyilirdisə, indi “üç dövlət, bir millət” deyilməlidir. Çünki Şimali Kipr Türk Cümhuriyyəti də özünü Azərbaycana yaxın hiss edir.

Serhan Aktunç həmçinin Azərbaycanın 2020-ci il 44 günlük Vətən müharibəsindən də söz açıb. O, bildirib ki, Azərbaycandakı savaşdakı qələbəsi Şimali Kipr xalqını da qürurlandırıb.

“Biz də sizin qədər sevinirdik. Qürur duyurduq. Azərbaycan orudus öz torpaqlarını işğaldan azad etdi”-deyə Aktunç qeyd edib. Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğal altında olması Şimali Kipr Türk Cümhuriyyəti ilə bir çox məsələlərdə münasibətlərə problemlərə səbəb olurdu. Azərbaycan torpaqları işğaldan azad edildiyi üçün Azərbaycan Şimali Kipr Türk Cümhuriyyəti ilə bir çox sahələrdə, həmçinin turizm sahəsində qarşılıqlı layihələrin reallaşmasına imkan yaradacaq.

Daha sonra baş nazir müavini Serhan Aktunç ölkələr arasında turizmin vəziyyətindən danışıb: “Bildiyim qədər Azərbaycanın 10 milyon əhalisi var. 2022-ci ildə Azərbaycan Kiprə 5000 turist gəlib. Pandemiyadan öncə 2019-cu ildə isə 6000 turist gəlmişdi. 2011-ci ilə qədər Azərbaycandan daha çox turist gəlirdi. Amma 2011-ci ildə nə oldusa gələn turist sayı azaldı”.

Aktunç Şimali Kiprin mədəni irsinin və turizm dəyərinin əhəmiyyətindən də söz açıb. O, qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyəti bu il Azərbaycandan daha çox turisti hədəfləyir. O, eyni zamanda bildirib ki, həftədə bir dəfə Şimali Kiprə yeni istiqamətdən uçuşların keçirilməsi planlaşdırılır.

Tədbirin sonunda Serhan Aktunç jurnalistlərin suallarını cavablandırıb və ölkələrarası münasibətlərin inkişafı üçün daha çox çalışacağını vurğulayıb.

Xatırladaq ki, 4-6 aprel 2023-cü il tarixlərində Bakı şəhərində keçirilən “AITF Bakı Turizm Sərgisi”ndə Şimali Kipr Türk Cümhuriyyəti də təmsil olunur. Şimali Kipr Türk Cümhuriyyəti sərgidə ölkənin təbiətini, tarixi abidələrini, çimərliklərini, mədəniyyətini və bir çox digər turizm məhsullarını təbliğ edir.

Orxan Musabəyli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »