İstanbul Alibeyköy Liseyinin məzunu olan Ahmet Talay 1957-ci ildə anadan olub. 1990-cı ildən Fatih Bələdiyyəsi Teatrının heyətinə daxil olub, tamaşalarda rol alıb. “Adını Feriha qoydum”, “Akasya Durağı”, “Analar və qızlar”, “Zəhərli sarmaşıq”, “Ulan İstanbul”, “Karadayı”, "Diriliş Ertuğrul" və s. filmlərdə çəkilib. O, TRT 1 kanalında yayımlanan “Yunus Emre” serialında Dülgər Şahin obrazını canlandırıb. Ahmet Talay əslən Ərzincanlıdır və Ərzincanda doğulub.
Bizimyol.info xəbər portalının qonağı Türkiyənin məhşur aktyoru Ahmet Talaydır…
- Aktyorluq sənətinə 1975-ci ildən, 20 yaşlarından başlamışam və bu günə qədər davam edir. 45 il müddətində müxtəlif zamanlarda, hardasa 1980-ci illərdə film sahəsini buraxıb, normal işlərdə çalışdım. 1980-ci illər Türkiyədə film sahəsində çox çətin sıxıntılı dönəmlər idi. Yenidən 1999-cu ildən teatr və film sektorunda fəaliyyətə başladım və bu günə qədər davam edir.
Son 25 ildə mən həm özümə, həm də tələbələrimə aktyorluğun bir köynək kimi geyinildiyi təqdirdə faydalı olduğunu aşılamışam. Aktyorluq hər kəsin mənimsəyə bildiyi, amma hər kəsin edə bilməyəcəyi bir sənət olduğu üçün bunu edə bilənlərin möhtəşəm insanlar oduğunu düşünürəm. Bu fikirləri, özünü tərifləyən bir şəxsin fikirləri olaraq qəbul etməyin.
Azərbaycandakı aktyorları tanıyıram desəm, yalan olar. Amma Azərbaycanı qardaş bir ölkə kimi tanıyır və sevirəm. Türkiyədə aktyorluq sənəti sıxıntılı və çətindir. Ancaq insanlar sevdikləri işlərlə məşğul olduqları zaman bütün çətinliklərə sinə gərə bilirlər.
- Öz sənətinizi öyrətdiyiniz tələbələriniz varmı?
- Mən 20 ildir ki, bu sənəti tələbələrimə öyrədirəm. Mən tələbələrimdən oyanayacaqları rolları ən təbii halı ilə, yəni bir sevgili rolunu oynayacaqsa, o şəxsin həqiqətən sevgilisi olduğunu düşünərək oynamasını və ya bir pozğun şəxsi oyanayacaqsa, o anda özünün real bir pozğuna çevrilməsini və o pozğun xarakterini özündə canlandıraraq oynamalarını istəyirəm. Bir ananı oyanayacaqsa, o ananın sevgisini bir anadan görərək həyata keçirməsini və ya bir atanı oynayacaqsa, bir atanın göstərə biləcəyi sevgini, mühafizəkarlığı və yaxud necə ruh halına sahibdi adam olduğunu təbii şəkildə göstərə bilmələrini istəyirəm.
- Azərbaycan film sektoru haqqında məlumatınız varmı?
- Düzünü söyləsəm yoxdur. Amma tələbələrimdən biri azərbaycanlıdır. Onunla da məsləhətləşməyə çalışdım, amma o da mənə “5 ildir ki, İstanbulda olduğum üçün mən də bilmirəm” deyə cavab verdi. Bu səbəbdən məlumatsızam. Bircə serialdan xəbərdaram. “Vicdan haqqı” deyilən bir serial var. Onunla bağlı bir az məlumatım var.
- Türkiyədə xalq üçün film çəkilişi hansı səviyyədədir?
- Vallah, incəsənəti tərənnüm edən filmlərin çəkilmədiyini düşünürəm. Hazırda filmlər, seriallar mənfəət naminə çəkilir. Sadəcə pul qazanmaq üçün olan filmlərdir.
- Filmlərdə hansı mövzuların önə çıxmasını istərdiniz?
- Keçmiş və gələcək arasındakı insanların duyğularını meydana gətirən, insanların duyğularını formalaşdıran həyatın ssenarisinin olmasının istərdim.
- Necə düşünürsünüz, Türkiyədə aktyorluq sənətinə yetərincə dəyər verilirmi?
- Türkiyədə aktyorluğa dəyər verildiyini düşünürəm. Məktəbini bitirən şəxslərin bu sənətdən yaxşı pul qazandıqlarını görürəm.
- Xüsusilə oynamaq istədiyiniz bir rol oldumu?
- Xeyr, həyatımda oynamaq istədiyim xüsusi bir rol olmadı. Hansı rolu mənə layiq görsələr, oynayıram. Sadəcə tərbiyə, əxlaq qaydalarını pozmayan və pozğun, oğru olmayan rollara üstünlük verirəm.
- Azərbaycandan dəvət gəlsə, film və serialda çəkilmək istərdinizmi?
- Azərbaycanda hər hansı səbəbdən xarici görünüşümə, tipimə, yaşıma uyğun serial və kino olsa, orada oynamaqdan məmnun olardım. Çünki mənim üçün Azərbaycan Türkiyə ilə dini düşüncəsi və digər hər şeyi ilə oxşar bir ölkədir. Mənim üçün Azərbaycana getmək Ankaraya, Adanaya və ya Urfaya getməklə eynidir. Necə deyərlər, bir millət, iki dövlət. Rahat gedəcəyim yerdir. Ahmet Talay olaraq, Azərbaycandan bütün təkliflərə açığam və inanıram ki, Azərbaycan bu dünyada sevə biləcəyim ən gözəl yerlərdən biri olacaq.
Mən Türkəm və Türkiyədə aktyor kimi fəaliyyət göstərirəm. İnşəallah, menecerim Elşad Haqverdi ilə Azərbaycanda gözəl layihələrdə iştirak edəcəyəm.
İlahin, Bizimyol.info






