Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhlükəli mif: Araşdırma alkoqolun kiçik dozalarının faydalarını təkzib edir
Təhlükəli mif: Araşdırma alkoqolun kiçik dozalarının faydalarını təkzib edir

Kanadanın Viktoriya Universitetinin alimləri alkoqolun kiçik dozalarının sağlamlıq üçün faydalarını təkzib ediblər.

Bizimyol.info xəbər verir ki, işin nəticələri JAMA Network Open jurnalında dərc olunub.

Bildirilir ki, əvvəllər hesab olunurdu ki, az və ya orta dərəcədə spirt istehlakı (məsələn, həftədə bir neçə stəkan şərab) vaxtından əvvəl ölüm riskini azalda bilir və sağlamlığa faydalı təsir göstərir. Bununla belə, dünyanın hər yerindən 107 araşdırmanın yeni icmalı göstərir ki, hesablanmayan məlumatlara düzəlişlər edildikdə, orta dərəcədə içki içməyin faydaları əhəmiyyətli dərəcədə azalır və bəzi hallarda hətta yox olur.

Yeni məlumatlar göstərir ki, keçmişdə içki içənlərin ölüm riski heç vaxt içməyənlərlə müqayisədə 22 faiz artıb.

Ümumi tapıntılar nə vaxtaşırı içənlərin (1,3 qramdan az alkoqol və ya hər iki həftədə bir içki), nə də az içənlərin (gündə 24 qrama qədər) erkən ölüm riskində əhəmiyyətli fərq olmadığını göstərib.

Təxminən üç dozada gündə 25-44 qram istehlak edənlər arasında isə vaxtından əvvəl ölüm ehtimalında bir qədər artım müşahidə edilib.

Məlumatda qeyd olunur ki, gündə 45 qram və ya daha çox spirtli içki qəbul edənlərin vaxtından əvvəl ölüm ehtimalı əhəmiyyətli dərəcədə daha çox olub. Amma ən yüksək ölüm riski gündə 65 qram və ya daha çox içki qəbul edən insanlarda aşkar edilib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »