Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Akşener Millət İttifaqına qayıtdı, prezidentliyə namizədin adı açıqlanacaq
Akşener Millət İttifaqına qayıtdı, prezidentliyə namizədin adı açıqlanacaq

Prezidentliyə namizəd böhranından sonra Milli Alyans 6 liderlə yenidən toplaşıb. İBB sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mansur Yavaş, İY Partiya sədri Meral Akşenerin 6-lıq masaya qayıtması üçün düstur axtarışında Meral Akşenerə sürpriz səfər ediblər.

Bizimyol.info xəbər verir kİ, həmin görüşdə Akşener iki sədrə vitse-prezidentlik formulunu təklif edib. CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşən Akşener bugünkü toplantıya qatılmaq qərarı alıb.

Başçı namizədi böhranı həll edilən Millət İttifaqında, 6 lider yenidən bir masada görüşüb.

Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) sədri Mənsur Yavaş və İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu ötən cümə günü CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə etiraz edərək masanı tərk edən İYİ Partiya sədri Meral Akşeneri ziyarət edib.

Danışıqlar davam edərkən saat 14.00-da keçirilməsi planlaşdırılan Milli Alyansın iclası gec saatlara keçirilib.

Səfərlə bağlı açıqlama verən İYİ Partiya sözçüsü Kürşad Zorlu bildirib ki, Akşener Mənsur Yavaş və Əkrəm İmamoğluna Millət Alyansının sədr müavini olmağı təklif edib.

Zorlu CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşən Meral Akşenerin Millət Alyansının bugünkü toplantısına qatılacağını açıqlayıb.

Səadət Partiyasının ev sahibliyi etdiyi toplantıdan sonra alyansın ortaq prezidentliyə namizədi açıqlanacaq. Adın CHP sədri Kamal Kılıçdaroğlu olması gözlənilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »