Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rubio ABŞ–İran anlaşmasını BƏƏ prezidenti ilə müzakirə edib
Rubio ABŞ–İran anlaşmasını BƏƏ prezidenti ilə müzakirə edib

ABŞ Dövlət katibi Marko Rubio Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Mohammed bin Zayed Al Nahyan ilə Əbu-Dabidə keçirdiyi görüşdə Vaşinqton və Tehran arasında əldə olunan razılaşmaları müzakirə edib. Görüşdə həmçinin Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin olunması məsələsinə də toxunulub.

Bizimyol.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqottun yazılı açıqlamasına görə, tərəflər ABŞ Prezidenti Donald Trump tərəfindən İranla bağlı imzalanan qarşılıqlı anlaşma memorandumunu, bölgədə təhlükəsiz dəniz nəqliyyatının qorunmasını və Hörmüz boğazından maneəsiz keçidin vacibliyini müzakirə ediblər.

Açıqlamada qeyd olunur ki, görüşdə Yaxın Şərqdə sülh və sabitliyin təmin edilməsi xüsusi vurğulanıb. Rubio ABŞ-ın BƏƏ-nin təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqləyib. Tərəflər eyni zamanda müdafiə və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını da müzakirə ediblər.

Məlumata görə, iyunun ortalarında ABŞ və İran tərəfləri arasında əldə olunan anlaşma hərbi əməliyyatların bütün cəbhələrdə dərhal dayandırılmasını nəzərdə tutur. Daha sonra, iyunun 21-də İsveçrənin Bürqenştok şəhərində ABŞ və İran nümayəndə heyətləri Qətər və Pakistanın vasitəçiliyi ilə həmin memorandumun icrası ilə bağlı danışıqlar aparıblar.

Görüşlərin əsas məqsədi regionda gərginliyin azaldılması və diplomatik həll yollarının möhkəmləndirilməsidir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »