Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həsən Oqtay: "Müxalifətin masasındakı parçalanma gözlənilən idi"
Həsən Oqtay: "Müxalifətin masasındakı parçalanma gözlənilən idi"

Ötən həftə sonu Türkiyədə İYİ Partiya sədri Meral Akşenerin CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyinə qarşı çıxaraq, “altılı masanı” dağıtmasıyla yadda qaldı. Toplantıdan sonra açıqlama verən Akşener qeyd etdi ki, masada Kamal Kılıçdaroğlunun namizədliyi ilə bağlı fikirlər bildirilib. İYİ Partiya isə, Mənsur Yavaş və Əkrəm İmamoğlunu namizəd kimi göstərib.

“Ancaq masadakılar bizim fikirlərimizi rədd etdi. Şəxsi ambisiyalar önə çıxdı. Altı partiyalı masa öz qabiliyyətini itirdi. Millətin iradəsini qərarlarında əks etdirmək. Prezidentlərimiz Yavaşa və İmamoğluna səslənirəm, onları namizədliklərini irəli sürməyə çağırıram”-deyə bildirdi. Əslində bu gözlənilən idi. “Altılı masanın” ən önəmli iki partiyası İYİ Partiya və Cümhuriyyət Xalq Partiyasının namizədlərlə bağlı fikirləri üstü-üstə düşmədi.

Bir müdət əvvəl qeyd etmişdim ki, “altılı masa” beş sağ, bir sol partiyanın birləşməsindən yaranmışdı. Həmçinin qeyd etmişdik ki, namizəd CHP-də siyasətlə məşğul olan mühafizəkar baxışa sahib olan biri olmalıdır. İYİ Partiya sədri Meral Akşener Kemal Kılıçdaroğlunun namizəd ola bilməcəyəyini bunun əvəzinə CHP-nin digər nümayəndələri Mansur Yavaş və Ekrem İmamoğlu olduğunu qeyd etmişdi”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Hasan Oktay danışıb. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğana qarşı çoxlu namizəd nəzəriyyəsinə görə, hər struktur öz namizədini irəli sürərsə, yəni Cümhuriyyət Xalq Partiyası tək Kamal Kılıçdaroğlunu, qarşı tərəfdə isə öz namizədini irəli sürərsə, birdən çox namizəd yarışa girəcək. Bu da seçkini ikinci tura aparar. Bəlkə də ikinci turda yeni ittifaqlar yarana bilər. O, qeyd edib ki, hələ ki, Ali Seçki Şurasının rəsmini təqvimini gözləməyə ehtiyac var.

Hasan Oktay Hasan Oktay

Siyasi şərhçi hesab edir ki, “Millət İttifaqı” hələ namizədini açıqlamayacaq.

Qeyd edək ki, ötən gün Saadat Partiyasında “Millət İttifaqı” mətbuata açıqlama verərək,prezidentliyə namizədlərini bu gün açıqlayacaqlarını demişdilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »