Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəlzələ bölgəsində tək dağılmamış bina inşaat mühəndislərinin çıxdı
Zəlzələ bölgəsində tək dağılmamış bina inşaat mühəndislərinin çıxdı

Türkiyədəki zəlzələdə dağılmış binaların sayı 6 mini keçib. Azı 11 min binanın yararsız hala düşdüyü bildirilir. Kahramanmaraşın Pazarcık, Elbistan qəsəbələrində yaşayış massivlərinin əksəri sıradan çıxıb. Malatyadan dağıntılar altından çıxarılaraq Antalyada otellərə yerləşdirilənlər bildirir ki, şəhərdəki binaların əksəri dağılıb, yaşanılası halda deyil. Hatay barədə də bu sözləri demək mümkündür.

Bizimyol.info xəbər verir ki, Türkiyədə yaşayış binalarının inşası zamanı zəlzələyə davamlılığın nəzərə alınmaması çox müzakirə olunur. Hətta hökumətə yaxınlığı ilə seçilən telekanallar da mövzuya xüsusi diqqət ayırır.

Elektrik Mühəndisləri Palatası İdarə Heyətinin sədri Mahir Ulutaş episentri Elbistan və Pazarcık rayonları olan iki böyük zəlzələdən sağ çıxan İnşaat Mühəndisləri Palatasının Kahramanmaraş nümayəndəliyi binasının fotosunu paylaşıb. Ulutaşın sosial media hesabında paylaşdığı fotoda bu tikinti nümunəsinin ətrafındakı binaların çoxunun dağıldığı qeyd edilib. O, belə böyük zəlzələlərdə mühəndisliyin önə çıxdığını vurğulayıb. Ulutaş yazır ki, inkişaf yalnız toplumun xeyrinə xidmət etməlidir.

“Şəkildəki bina İnşaat Mühəndisləri Palatasının Kahramanmaraş nümayəndəliyinindir. Sözə ehtiyac yoxdur. Nə yaxşı ki, elm və texnologiya belə faydalı ola bilir”.

Sosial mediada yayılan başqa fotoda daha bir sağlam bina gözə dəyir. Kahramanmaraşdakı binanın özülü episentrə çox yaxın olduğundan sarsılıb. Buna baxmayaraq, necə dözümlü olması diqqət çəkir. Heç bir çat görünmür. Hətta şüşələr belə sınmayıb.

Türkiyədə axırıncı dəfə irimiqyaslı zəlzələ 1999-cu il avqustun 17-də Gölcükdə qeydə alınmışdı. Onda ölənlərin sayının 18 min nəfər civarında olduğu bildirilirdi. Onminlərlə bina sıradan çıxmışdı. Azı 600 min vətəndaş ev-eşiyini itirmişdi.

Geridə qalan illər ərzində Gölcükdə xeyli binalar inşa edilib. Zəlzələnin izləri, demək olar, qalmayıb. Buna baxmayaraq, yeni tikilən binaların təbii fəlakətə nə dərəcədə hazır olması yenə sual altındadır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »