Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərkəz Kahramanmaraş olan zəlzələdən zərər çəkən Adıyamanda fəlakət qurbanları üçün qurulan çadır şəhərciyi ziyarət etdikdən sonra son vəziyyətlə bağlı açıqlama verib.
"10 əyalətdə ciddi dağıntılar olub. Biz Kahramanmaraş, Hatay və Adana vilayətlərində olub, oradakı vəziyyətlə bağlı qiymətləndirmələr apardıq. Dünən Qaziantep, Osmaniye və Kilisdə idim. Zəlzələdən sağ qurtarmış qardaşlarımla bir yerdə idik. Buradan da Malatyaya gedəcəyik", - deyib.
"Təəssüf ki, son məlumata görə həyatını itirən vətəndaşlarımızın sayı 18 min 991-ə yüksəlib. Xilas edilənlərin sayı 75 min 523-ə çatıb. Mərhum bacı-qardaşlarıma Allahdan rəhmət diləyirəm. Bizim əqidəmizə görə belə fəlakətlərdə mərhumun rütbəsi şəhadətdir", - deyə dövlət başçısı qey edib.
"Bunu zəlzələdə həyatını itirən bütün bacı-qardaşlarımızın yaxınları üçün deyirəm; Mən göstəriş verdim ki, 1 il ərzində bu binaların hamısını yenidən tiksinlər. Axtarış-xilasetmə və yardım fəaliyyətləri hələ davam edir. Xilasedicilər fədakarlıq göstərir, ilk növbədə sağ qalnları xilas etməyə çalışırlar. Təəssüf ki, zəlzələnin dağıdıcı təsiri 500 kilometr əraziyə yayıldığı üçün işimiz çox çətin oldu. Regionda yaxın keçmişdə rast gəlmədiyimiz kəskin qışın yaşaması da qarşımızda duran başqa bir maneə oldu.
Bütün bu mənfiliklərə baxmayaraq, millətimizlə birlikdə dövlətimizin bütün imkanlarını zəlzələ bölgəsinə yönəltdik. Ölkəmizin bütün digər şəhərlərindəki ictimai obyektləri zəlzələ zonasına səfərbər etdik. Biz fəlakət zonası və fövqəladə vəziyyət barədə qərar verdik. Təəssüf ki, bəzi nadanlar soğunçuluqla məşğuldurlar, onlar bazarları soyurlar. Fövqəladə vəziyyətin tətbiqi ilə dövlət bununla bağlı səlahiyyətləri öz üzərinə götürüb və növbəti dövrdə bu sui-istifadələr edənlərin tutulması ilə bağlı lazımi tədbirlər görüləcək.
Bu prosesdə müəyyən nöqsanlar oldu, amma dövlətimiz bütün imkanları ilə vətəndaşlarının köməyinə gəldi", - deyə Prezident bildirib.
Qadir, Bizimyol.info






