Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ; Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.
Bizimyol.info xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarəedilməsi Agentliyinin verdiyi son məlumata görə, zəlzələlərdə 18 min 342 nəfər həyatını itirib, 74 min 242 nəfər yaralanıb.
Onu da qeyd edək ki, “Əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələdən zərər çəkən Diyarbəkirdə dağılan binanın dağıntılarından 101 saat sonra ana və oğul dağıntılar altından sağ çıxarılıb.
Mərkəzi Kahramanmaraş olan zəlzələlərdən zərər çəkən Diyarbəkirdə dağılmış binalardan biri, mərkəz Bağlar bölgəsinin Mövlana Halit Məhəlləsindəki Cengizler Prospekti Hisami binasında qrupların axtarış-xilasetmə işləri davam edir.
Komandalar dağıntılar altında olan 32 yaşlı Sebahat Varlı və onun 10 yaşlı oğlu Serhatın olduqları yeri təyin ediblər. Sebahat və Serhat Varlı xilasedicilərin diqqətlə və səbrlə apardıqları xisetmə işləri nəticəsində zəlzələdən 101 saat sonra dağıntılar altından çıxarılıblar.
Yaralı ana və oğul 112 Təcili Tibbi Yardım qrupları tərəfindən təcili yardımla xəstəxanaya aparılıb.
Qadir, Bizimyol.info






