Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan parlamentində müzakirə: Türkiyə Ermənistan üçün təhlükədirmi?
Ermənistan parlamentində müzakirə: Türkiyə Ermənistan üçün təhlükədirmi?

Ermənistanın hökumətyönlü “Mülki müqavilə” fraksiyasının deputatı, özünü NA-nın Xarici Əlaqələr Daimi Komitəsinin sədri kimi təqdim edən Sarqis Xandanyan bu gün həmkarlarının, o cümlədən müxalifətçilərin suallarını cavablandırıb.

Bizimyol.info xəbər verir ki, “Ermənistan” fraksiyasının deputatı Tadevos Avetisyan da bununla bağlı sual verib. O, “Türkiyəni Ermənistan üçün təhlükə hesab edirsinizmi?”,- deyə sual edib.

Xandanyan isə cavab olaraq bildirib ki, “təbii ki, heç kim Türkiyənin 44 günlük müharibədə iştirakını inkar etmir, amma siz daim düşmənçilik şəraitində xarici siyasət qura bilməzsiniz və riskləri idarə etmək üzərində işləmək lazımdır”.

Bu cavabın əslində onun Türkiyəni Ermənistan üçün təhlükə hesab etməməsi mənasına gələn iradlara Xandanyan məhəl qoymayıb.

Daha sonra “Ermənistan” fraksiyasından olan deputat Artsvik Minansyan Ermənistanın Milli Təhlükəsizlik Strategiyasından sitat gətirib və orada qeyd olunur: “Türkiyə Ermənistana və erməni xalqına qarşı qonşuluq siyasətinə yenidən baxarsa, bizim üçün təhlükəsizliyə təhdid olmaqdan əl çəkəcək".

Bunun ardınca isə o, “Xandanyan da bu yanaşmanı bölüşürmü və Türkiyə siyasətini dəyişibmi?”,- deyə sual verib və buna aydınlıq gətirməyi xahiş edib.

"Türkiyə ilə biz mehriban qonşuluqdan yox, münasibətlərin normallaşmasından danışırıq. Mənə elə gəlir ki, bu, uzaq gələcəyə aid məsələdir. Amma münasibətlərin normallaşmalı olması faktdır", - deyə Xandanyan cavab verib.

Minasyanın “Türkiyə siyasətini dəyişibmi?” təkrar sualına Xandanyan cavab verməyib.

Müzakirələrdən sonra Milli Məclisin vitse-spikeri, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan söz alaraq Ankara və Bakı ilə nizamlanmamış münasibətlərin təhlükə olduğunu bəyan edib.

"Məndə belə bir hiss var ki, siz daha uzağa baxmaq istəmirsiniz. Hər şey edilməlidir ki, Ermənistan təhdid və təhlükələrdən qaçsın və Türkiyə ilə münasibətləri normallaşdırsın. Əgər bununla razısınızsa, niyə biz bu haqda danışırıq?”,- deyə bildirib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »