Fevralın 6-da səhər tezdən Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib.
Bizimyol.info xəbər verir ki, RİA Novosti agentliyinə türkiyəli seysmoloq, professor Doğan Perinçək növbəti irimiqyaslı zəlzələ barədə məlumat verib. Onun sözlərinə görə, bu dəfə zəlzələ Mərmərə dənizində Çanaqqala limanı ərazisində baş verə bilər.
“Cənub-şərqdə baş verən zəlzələlər faciədir, onlar çox böyük ərazini - 470 km ərazini əhatə edib. Müqayisə üçün qeyd edək ki, Mərmərə dənizinin uzunluğu təxminən 250 km-dir. Zəlzələdən sonra zəlzələlərin maqnitudası 6,6-ya çatıb, yəni əsas təkanla demək olar ki, bərabər olub.
Zəlzələ episentrinin iki qırılmanın bir nöqtədə birləşdiyi yerə - Ölü dəniz yarığı və Şərqi Anadolu qırağına düşməsi səbəbindən belə geniş ərazini əhatə edib”,- deyə Perinçək bildirib.
Seysmoloq bildirib ki, zəlzələ bu iki qırılmanın qovuşduğu yerdə baş verib ki, bu da onun dağıdıcı miqyasını müəyyən edib.
“Bu, qeyri-standart vəziyyətdir. Son 10 gündə Mərmərə dənizindən Çanaqqalada artan seysmik aktivliyi qeydə alıram. 10 ildən artıqdır ki, xüsusi xəritələrdən istifadə edərək ölkədə seysmik aktivliyin gündəlik monitorinqi və təhlili ilə məşğul oluram. Üç ildir ki, Çanaqqalada zəlzələ olacağını proqnozlaşdırıram”, - deyə alim qeyd edib.
Alimin sözlərinə görə, həmin ərazidə təxminən 250 ildə bir dəfə keçən qırılma təxminən 7 bal gücündə zəlzələyə səbəb olur.
Xatırladaq ki, fevralın 6-da səhər tezdən Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Ərdoğanın qeyd etdiyi kimi, bu, 1939-cu ildən bəri ən güclü zəlzələ olub. Bunun ardınca onlarla afterşok, günün ortasında isə 7,6 bal gücündə daha bir zəlzələ baş verib.
Qeyd edək ki, Türkiyədə üç gündür ki, yeraltı təkanlar davam edir.
Leyla Mirzə, Bizimyol.info






