Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Ərdoğan zəlzələ bölgəsində həlak olanların sayının artdığını dedi
Prezident Ərdoğan zəlzələ bölgəsində həlak olanların sayının artdığını dedi

"Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə iki zəlzələdən sonra 10 vilayətdə xilasetmə işləri davam edir".

Bizimyol.info xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan da zəlzələdən zərər çəkmiş bölgəyə gedib.

Ərdoğan “12 Fevral” stadionunun daxilində qurulan çadır şəhərciyinə keçib və orada zəlzələdən sağ çıxanlarla söhbət edib.

Vətəndaşlarla görüşündə Prezident təbii fəlakət zamanı həyatı itirənlərin sayı barədə də məlumat verib: “10 əyalətimizin mərkəzi bu fəlakətə tuş gəldi. Kahramanmaraşda bu zəlzələnin ilk addımını buradan yaşadıq. Bundan sonra 10 əyalətimizdə dalğalar baş verdi. Təəssüf ki, ölənlərin sayı 8 min 574, yaralananların sayı 49 min 133-dür. Dağılan binaların sayı isə 6 min 444 olduğu barədə məlumat veriblər. Bu bəlada mənim vətəndaşlarım indiyə qədər səbir göstəriblər, yenə də göstərəcəklər", - deyə bildirib.

"Bütün əyalətlərimizdəki nazirlərimizlə birlikdə əməliyyatları koordinasiya edirik. Dövlət qurumlarının hamısı iş başındadır. İlk gündə müəyyən çətinliklər oldu. Dövlət qurumları ikinci gün və bu gün vəziyyətə tam hakimdirlər. Ətraf Mühit və Şəhərsalma Nazirliyimiz dağıntıların təmizlənməsi işlərini həyata keçirəcək.

Hazırda vətəndaşlarım arasında olan Antalya, Alanya, Mersin kimi yerlərdə otellərlə görüşlər keçirmişik. Hər kəs buradakı otellərdə qalmaq istəyini göstərərsə, vətəndaşlarımızı bu əyalətlərdəki otellərə yerləşdirməyə hazırıq. Çadırlardan razı qalmaya bilərlər. Əgər otellərdə məskunlaşmağa “hə” desələr, onları ora yerləşdirməklə resurslarımızı səfərbər edəcəyik"- deyə Prezident qeyd edib.

İlk növbədə hava limanlarında, yollarımızda problem var idi. Xırda yanacaq problemimiz var. Biz onları öhdəsindən gəlirik. İstəyirəm ki, təxribatçılara şans verməyin. Zərərlərin hesablanması ilə birlikdə ailələrə xüsusi dəstəyimizi verəcəyik. Biz Xəzinə və Maliyyə Nazirliyindən müəyyən büdcə ayırmışıq. Zərər qiymətləndirmələri ilə biz bu müddət ərzində hər bir ailəmizi rahatlaşdıracaq rəqəmi 10 min olaraq planlaşdırdıq. Hökumət olaraq bu ailələrə 10 min lirə çatdıracağıq”, - deyə Ərdoğan qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »