Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyəyə yardımlar zamanı banklar sizdən faiz çıxarsa, 195-ə zəng edin
Türkiyəyə yardımlar zamanı banklar sizdən faiz çıxarsa, 195-ə zəng edin

Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərilir. Maddi yardım təqdim edən vətəndaşlar elektron ödəniş sistemlərindən istifadə edirlər ki, bu zaman vətəndaşların pul köçürmələrindən vergi tutulması kimi hallar barədə ictimaiyyət arasında məlumatlar yayılıb.

Bu barədə bizimyol.info xəbər portalına İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, vətəndaşlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə elektron qaydada aparılan ödənişlər hər hansı elektron ticarət qaydasında göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığından həmin ödənişlərdən ödəməni həyata keçirən banklar tərəfindən 18 faiz dərəcə ilə ƏDV tutulmur.

“Köçürmələr zamanı hesablarından vergi məbləğləri tutulması halları ilə qarşılaşan vətəndaşlar İqtisadiyyat Naziriyinin 195-1.2 Cağrı Mərkəzi vasitəsilə Dövlət Vergi Xidmətinin qaynar xəttinə, habelə müvafiq banka məlumat verə bilərlər”-deyə məlumatda bildirilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »