Fevralın 6-da Türkiyə vaxtı ilə saat 04:17-də Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsində başlayan zəlzələlərdən Qaziantep və Kahramanmaraş vilayətləri başda olmaqla bir çox vilayətər təsirləndi. O cümlədən Hatay, Adıyaman, Qaziantep, Diyarbəkir, Malatya, Osmaniye, Elazığ, Kilis, Şanlıurfa, Adanada dağıntılar meydana gəldi. AFAD-ın bu gün saat 10.30-a olan məlumatına görə, zəlzələlər və ondan sonra baş verən 100-ə ədər avterşok nəticəsində ölənlərin sayı 6957, dağılmış binaların sayı 5775, xəsarət alanların sayı isə 38224 nəfər olub.
Türkiyədə 1939-cu ildə 7,9 bal gücündə Ərzincan zəlzələsindən 84 il sonra meydana gələn ən şiddətli zəlzələ olaraq qeydə alınan bu zəlzələni Böyük Ərzincan zəlzələsindən fərqləndirən ən böyük xüsusiyyət 9 saatdan sonra meydana gələn afterşokların olması və bu təkanların Türkiyənin bir çox bölgələrində və müxtəlif ölkələrdə güclü şəkildə hiss olunmasıdır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş Pazarcıkda baş verən zəlzələdən sonra fevralın 6-da Türkiyə vaxtı ilə saat 05:34-də açıqlama verərək, axtarış-xilasetmə qruplarının dərhal zəlzələdən zərər çəkmiş bölgələrə göndərildiyini, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi ,Valiliklər, AFAD və digər digər bütün təşkilatların lazımi tədbirlərin görülməsinə başladığını bildirdi.
Təbii fəlakətlərin və Fövqəladə Halların İdarə Edilməsi rəhbərliyində vəziyyətə nəzarət edən Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə Dövləti zəlzələdən sonra bütün qurumları ilə hərəkətə keçib və bütün imkanlar səfərbər olunub.
Eyni zamanda, Prezidentin göstərişi ilə Nazirlər Kabinetinin bütün üzvləri zəlzələdən zərər çəkmiş rayonlara göndərilib.
Bu gündən etibarən 31 vali, 70-dən çox kaymakam (bu rayon qubernatoru kimi tərcümə edilir, necə yazım bilmədim) və 68 Vilayət müdiri Nazirlərin koordinasiyası ilə fəlakət bölgələrində çalışır.
96770 axtarış-xilasetmə və yardımçı heyət fəal şəkildə işləri davam etdirir. 5402 maşın və tikinti texnikası işləyir. Xarici ölkələrdən kömək üçün gələn kadrların sayı 5309 nəfərdir.
Türkiyə Respublikası Daxili İşlər Naziri cənab Süleyman Soylu fevralın 6-sı, saat 05:15-də bütün axtarış-xilasetmə qruplarının zəlzələ bölgələrinə göndərildiyini və ən yüksək həyacan siqnalının verildiyini açıqlamışdı.
Türkiyə vaxtı ilə saat 05:38-də ikinci açıqlama verən cənab Soylu bütün komandaların həyəcan vəziyyətində olduğunu və beynəlxalq yardım da daxil olmaqla dördüncü səviyyəli həyəcan siqnalının verildiyini bildirib.
Türkiyə Cumhuriyyəti Rabitə Nazirliyi fevralın 6-da saat 07:22-də bölgə əhalisinin əziyyət çəkməməsi üçün bütün GSM operatorlarının imkanlarının artırıldığını və bağlı xəttlərin internet xidmətinin yenidən açılacağının təmin ediləcəyi ilə bağlı açıqlama verdi.
Nazirlik "Təcili Zəlzələ” Başlığının CIMER-də istifadəyə hazır vəziyyətə gətirildiyini və müraciətlərin qəbul edildiyini də bildirdi.
Eyni zamanda nazirlik böhran zamanı yaşanacaq dezinformasiyaları aşkar etmək və lazımi tədbirləri görmək üçün Dezinformasiya Bildiriş Xidmətini də işə salıb.
Bununla yanaşı Rabitə nazirliyi bütün şəxsi heyəti prezident binasının işinə töhfə verməyə çağırıb.
Türkiyə Cumhuriyyəti Milli Təhsil Naziri Mahmut Özər fevralın 6-sı Türkiyə vaxtı ilə saat 11:20-də Kahramanmaraş, Hatay, Adıyaman, Malatyada təhsilə 2 həftəlik fasilə ilə bağlı qərar verib. Bundan sonra isə, saat 17:10-da bütün Türkiyədə təhsil 1 həftə müddətinə dayandırılıb.
Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Təbii Fəlakət Xilasetmə batalyonları Hatay, Malatya, Osmaniye və Kahramanmaraşa, komandolar isə işlərə dəstək məqsədilə zəlzələ bölgələrinə yönləndirildiyini və 3500 əsgərin zəlzələ bölgələrinin axtarış-xilasetmə işlərinə qatıldığını açıqlayıb.
Bununla yanaşı Türkiyə Silahlı Qüvvələri tərəfindən yaradılan “Hava Yardım Dəhlizi” çərçivəsində 17 təyyarənin Qaziantep və Adanaya davamlı olaraq yardım uçuşu həyata keçirdiyi bildirilib.
Bölgəyə yardım çatdırmaq üçün Sahil Təhlükəsizlik Komandanlığı və Dəniz Qüvvələri Komandanlığı tərəfindən 10 gəmi təyin edilib.
Ali Təhsil Şurasının (YÖK) sədri Professor Erol Özvar bildirib ki, Kahramanmaraşda və zəlzələdən zərər çəkmiş 10 vilayətdə ali təhsil müəssisələrində yaz semestrində təhsil və tədris müddəti dayandırılıb.
Antalya, Bingöl, Elazığ, Ərzincan, Karaman, Kayseri, Konya, Mardin, Mersin, Niğde, Sivas və Tunceli vilayətlərindəki ali təhsil müəssisələrində yaz semestrində təhsil və hazırlıq dövrünün elan ediləcək tarixə qədər təxirə salındığı bildirilib. Məqsəd isə, yataqxana və kampus imkanlarından ehtiyac yarandıqda istifadə olunmasıdır.
Prezident cənab Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələlərlə əlaqədar 2023-cü il fevralın 12-dək 7 günlük milli matəm elan edildiyini açıqlayıb.
Axtarış və xilasetmə işlərini öz tərkibində axtarış-xilasetmə qrupları olan qurumlar bölgəyə göndərilib və axtarış-xilasetmə işləri nəzarət altında davam edir.






