Bu gün Kahramanmaraşda yenidən güclü zəlzələ olub. Kahramanmaraş mərkəzli 7,7 bal gücündə zəlzələ Şanlıurfanı da vurdu! Xilasetmə işləri zamanı daha bir zəlzələ baş verib.
Bizimyol.info xəbər verir ki, Kandilli Rəsədxanasından verilən açıqlamada, saat 13.24-də Kahramanmaraşın Gözpınar rayonunda daha 7,6 bal gücündə zəlzələ baş verib.
Zəlzələ bir çox şəhərdə Ankara və Samsunda da hiss olunub. Kahramanmaraşda daha bir bina çöküb. Zəlzələ Diyarbəkir, Şanlıurfa, Ankara, Adana və Malatyada da hiss olunub.
Bizimyol.info






